Yazdırma Seçimləri:

Acı Sos

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt55 dəq

İnsanlar min illərdir acı bibər və diğər acı ədviyyatlar istifadə edirlər. Meksika, Mərkəzi Amerika və Cənubi Amerikada yaşayanların 6000 ildən əvvəl acı bibərləri vardır. 16-cı yüz ildə İspanya və Portekiz ilə on illərdən bəri təmasda olan Amerika bitkisi Avropa və Afrika ilə Asyaya daşındı və zövqə görə dəyişdirildi. Amerika'da ilk tdəfə olaraq istehsal edilərək satılan işüşələnmiş isti soslardan biri 1807ci ildəde ortaya çıkmıştır və bu sos bu gün də öz keyfiyyətini qoruyub saxlamaqdadır.

Acı Sos Üçün Lazım Olan Ərzaqlar
 2 kq pomidor
 500 q acı bibər
 4 diş sarımsaq(Miqdarı artırmayın, gözlədikcə dadı ağırlaşa bilər )
 1 stəkan zeytun yağı
 1 yemək qaşığı duz
 1 yemək qaşığı şəkər
Acı Sos Üçün Ərzaqların Yığılma Qaydası
1

acı sos

✅ Acı sos üçün istifadə edəcəyiniz pomidorları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Sos üçün istifadə edəcəyiniz acı bibərləri yuyub bir dəsmal üzərinə yığın.
✅ İstifadə edəcəyiniz sarımsaqları təmizləyib kasaya yığın.
✅ Lazım olacaq qədər zeytun yağını bir stəkana süzün.
✅ İstifadə edəcəyiniz duzu bir kasaya yığın.
✅ Sos üçün istifadə edəcəyiniz şəkəri bir kasaya yığın.

Acı Sos Üçün Ərzaqlarının Hazırlanması
2

✅ Yuduğunuz pomidorların qabıqlarını soyub doğrayın.
✅ Acı bibərləri təmizləyib doğrayın.
✅ Sarımsaqları doğrayın.
✅ Doğradığınız ərzaqları mətbəx robotundan keçirdin.

Acı Sosun Bişirilmə Qaydası
3

✅ 1 çay stəkanı zeytun yağını qazana alın.
✅ Çəkilmiş acı bibərləri içinə əlavə edin.
✅ Azca yumşalana qədər bibərləri bişirin.(qızartmayın)
✅ Pomidorları və sarımsaqları robotda çəkin və bibərlərə əlavə edin.
✅ Duz və şəkəri də qatıb qarışdırın.
✅ Pomidorlar suyunu çəkənə qədər ara -sıra qarışdıraraq bişirin.

Acı Sosun Saxlanma Qaydası
4

✅ Kiçik ölçülü bankaları strelizə edin.
✅ Bankaları isti-isti doldurmaq lazımdır.
✅ Qaynamaya davam edərkən kiçik boy bankalara doldurub ağzını bərk bağlayın.
✅ Bankaları düz bir yerdə tərs çevirin.
✅ Üzərini bir dəsmal ilə örtün.
✅ Soyuyana qədər o şəkildə gözləyin.

Sosun Servis Edilməm Qaydası
5

acı sosun servis

✅ Bu sosu; makaron sosu olaraq, pizza yeməyi üçün ketçub kimi istifadə edə bilərsiniz.
✅ Hətta çörək üzərinə də yaxıb yeyə bilərsiniz.
✅ İstənilən yeməklərlərlə birlikdə servis edə bilərsiniz.

Diqqət!
6

✅ Bu sosu mümkün olduğu qədər kiçik bankalara qoyun.
✅ Açıldıqdan sonra, ən geç 3-4 gün içində istifadə edilməlidir.
✅ Əğər çəyirdəklərinin görüntüsü sizi rahatsız edrsə, sos bişdikdən sonra bir süzgəçdən keçirdərək çəkirdəklərini ayıra bilərsiniz.
✅ Süzgəcdən keçirdikdən sonra yenidən qaynamağa qoyun.
✅ Qaynar halda bankalara doldurun.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya Miqdarı 100 q


Porsiya Başına Miqdar
Kalori 11
% Gündəlik Dəyər *
Xolesterol 0mg

* Yüzdə Gündəlik Dəyərlər 2000 kalorili pəhrizə əsaslanır. Gündəlik dəyəriniz kalori ehtiyacınıza görə daha yüksək və ya daha aşağı ola bilər.