Yazdırma Seçimləri:

Acı sos

Verimlilik1 PorsiyaHazırlanma Müddəti55 dəqBişmə Vaxtı1 saatÜmumi Vaxt1 saat 55 dəq

Çox acı sos

Lazım olan ərzaqlar
 2 kq pomidor
 500 q acı bibər
 4 diş sarımsaq(miqdarı artırmayın, gözlədikcə dadı ağırlaşa bilər )
 1 stəkan zeytun yağı
 duz
 1 yemək qaşığı şəkər
Lazım olan ərzaqlar
1

Çox acı sos

Acı bibərlərin saplarını çıxardıb robotdan keçirin. (Çəkirdəkləri çıxmayacaq)
1 çay stəkanı zeytun yağını qazana alın.
Çəkilmiş acı bibərləri içinə əlavə edin.
Azca yumuşalana qədər bibərləri bişirin.(qızartmayın)
Pomidorları və sarımsaqları robotda çəkin və bibərlərə əlavə edin.
Duz və şəkəri də qatıb qarıştırın.
Pomidorlar suyunu çəkənə qədər ara -sıra qarışdıraraq bişirin.
Qaynamaya davam edərkən kiçik boy bankalara doldurub ağzını bərk bağlayın.
Bankaları düz bir yerdə tərs çevirin.
Üzərini bir dəsmal ilə örtün.
Soyuyana qədər o şəkildə gözləyin.

Qeyd!
2

Çox acı sos

Bu sosu mümkün olduğu qədər kiçik bankalara qoyun.
Açıldıqdan sonra, ən geç 3-4 gün içində istifadə edilməlidir.
Əğər çəyirdəklərinin görüntüsü sizi rahatsız edərsə, sos bişdikdən sonra bir süzgəçdən keçirdərək çəkirdəklərini ayıra bilərsiniz.
Süzgəcdən keçirdiktən sonra yenidən qaynamağa qoyun.
Qaynar halda bankalara doldurun.
Bu sosu; makaron sosu olaraq, pizza yeməyi üçün ketçub kimi istifadə edə bilərsiniz.
Hətda çörək üzərinə də yaxıb yeyə bilərsiniz

Nuş olsun!