Ərzaqlar:
- 1 paket kəpənək makaron,
- 1 çay stəkanı duru yağ,
- 2 dənə badımcan,
- 2 dənə qırmızı bibər ,
- 2 dənə uzunsov bibər,
- 8 dənə pomidor,
- 2 şorba qaşığı qarğadalı,
- Yarım su stəkanı rəndələnmiş holland pendiri ,
Sos üçün:
- Yarım çay stəkanı yağ,
- 2 dənə rəndələnmiş pomidor,
- 1 şirniyyat qaşığı pul bibər,
- 1 çay qaşığı istiot,
- Duz
Hazırlanması:
- Bir qazanda qaynatdığınız duzlu suda makaronları 10 dəqiqə bişirin.
- Süzdükdən sonra servis tabağına alın.
- Qızdırılmış duru yağın içinə küp şəklində doğranmışbadımcan, qırmızı bibər və uzunsov bibərləri atın.
- Tərəvəzlər qızarana qədər qarışdırın.
- Sonra pomidor və qarğadalını əlavə edin.
- 1-2 dəfə çevirdikdən sonra ocağın altını söndürün.
- Sos üçün, qızdırılmış duru yağın içinə rəndələnmiş pomidoru, pul bibəri və istiotu qatıb qarışdırın.
- Duzu əlavə edin.
- Bir az qaynadın.
- Makaronların üzərinə əvvəlcə tərəvəzli qarışığı, sonra isə pomidor sosunu gəzdirin.
- Ən üstə də rəndələnmiş holland pendiri səpdikdən sonra isti-isti servis edin.
Leave a Reply