Yazdırma Seçimləri:

Acılı əzmə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqÜmumi Vaxt20 dəq

Acılı əzmə

Acılı əzmə üçün lazım olan ərzaqlar
 2 ədəd pomidor
 ½ dəstə yaşıl soğan
 ½ dəstə cəfəri
 1 çay qayığı bibər tomatı
 4 diş sarımsaq
 2 ədəd bibər
 1 çimdik quru nanə
 duz
 pul bibər
 ½ yemək qaşığı limon suyu
 yetərin qədər zeytu yağı
Hazırlanma qaydası
1

Acılı əzmə

Acılı əzmə hazırlamaq üçün əvvəlcə pomidor, bibər, soğan və cəfərini yuyub, suyunun süzülüb quruması üçün biraz gözləyin.
Sarımsaqların qabıqlarını təmizləyin.
Bunlar hazır olduqdan sonra pomidorlar, yaşıl bibərlər, təzə soğan və cəfərini incə - incə doğrayın.
Bibər tomatı, duz, quru nanə, qırmızı pul bibəri yaxşıca qarışdırın.
Qabıqları təmizlənən sarımsaqlar ya həvəngdəstə köməyi ilə əzin və yaxud da rəndədən keçirdin.
Bu əzilmiş sarımsaq kütləsini də tomat qarışığına əlavə edib hamısını birlikdə yenə də qarışdırın.
Hazırladığınız qarışığın üzərinə sıxdığınız yarım limonun suyunu və ya narşərab əlavə edin.
Bundan sonra doğranmış pomidor, yaşıl bibər, yaşıl soğan və cəfərini də buraya əlavə edin.
Bunları da qarışdırın.
Acılı əzmə qarışığına bütün məhsulları qarışdırdıqdan sonra ən sonda zeytun yağı əlavə edin.
Süfrədə yeməklərin yanında soyuq halda verilir.

Nuş olsun!