Yazdırma Seçimləri:

Açma Poğaça

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 15 dəq

Kim çay saatlarında isti bir poğaça yemek istəməz ki? Bu gün açma poğaça tərifi ilə söfrələrinizə qonaq olacağıq. Pendir və cəfəri ilə hazırlanan açma poğaça dəmli çayın yanına çox yaraşır. Yumşaq, gözəl ətirli evdə hazırlanan açma poğaça hazırlamaq üçün sizlərə resepti təqdim edəcəyik. Dadından doyum olmayan bu poğaçanı hazırlamağı və yaxınlarınızla birlikdə nuş etməyinizi arzu edirik.

Açma puaça

Açma Poğaça Üçün Lazım Olan Ərzaqlar
 3 yemək qaşığı şəkər
 1 stəkan duru yağ
 3 stəkan ilıq süd
 2 ədəd yumurta
 duz
 1 paket maya
 8 stəkan un
 1 çay qayığı çörək otu
Açma Poğaçanın İçliyi Üçün
 500 q pendir
 1 dəstə cəfəri
Açma Poğaça Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz unu bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq duzu bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz südü bir qazana süzün .
✅İstifadə edəcəyiniz şəkər tozunu kiçik bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz mayanı qarışdırma qabına akın.
✅ Lazım olacaq duru yağı stəkana süzün.
✅ İstifadə edəcəyiniz pendiri kasaya yığın.
✅İstifadə edəcəyiniz cəfərini təmizləyib yuyun və mətbəx dəsmalının üzərinə yığın.

Açma Poğaça Üçün Ərzaqların Hazırlanması
2

✅ İstifadə edəcəyiniz südü azca isidin.
✅ Unu qarışdırma qabına ələyin ku, havalansın.
✅ Mayanı bir qabda hazırlayın ki, qabarsın.
✅Pendiri çox da kiçik olmayacaq halda əzin.
✅ İstifadə edəcəyiniz cəfərini kiçik-kiçik doğrayın.

Açma Poğaça Xəmirinin Hazırlanması
3

✅ Bütün ərzaqlar otaq temperaturunda olmalıdır.
✅ Dərin bir qaba ilıq süd və şəkəri alıb qarışdırın.
✅ Ardından mayanı əlavə edib qarışdırın.
✅ Mayanın qabarması üçün bir az gözləyin.
✅ Mayalı qarışıma duru yağı, yumurtaları (1 dənəsinin sarısını üzərilərinə sürtmək üçün ayırın.) və duzu əlavə edərək qarışdırın.
✅ Unu isə az-az əlavə edərək yoğurmağa başlayın ortalama 8 stəkan qədər un alır.
✅ Yoğurduğunuz xəmir əlinizə yapışacaq halda qulaq məməsi bərkliyində bir xəmir olacaqdır.
✅ Hazırladığınız xəmirin üzərini bir bezlə örtərək mayalanmasını gözləyin.
✅ 45 dəqiqəyə yaxın mayalandıqdan sonra xəmiri qozdan iri kündələr halında parçalara ayırın.

Açma Poğaçanın Hazırlanması
4

✅Dəzgahınıza bir az un sərpərək, əlinizlə çay nəlbəkisi böyüklüyündə xəmiri açın.
✅ Hazırladığınız içlikdən içərisinə yığın.
✅ Rulon şəklində sarıyıb , sağını və solunu bükərək aypara şəklinə salın.
✅ Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün.
✅ Üzəri üçün ayırdığınız yumurtanın sarısını üzərinə çəkib çörək otu və ya küncüt səpin.

Açma Poğaçanın Bişirilməsi
5

✅Sobanın temperaturu hər bir kəsin sobasına görə ayarlanmalıdır.
✅ Sobanı əvvəlcədən 200 dərəcə qədər qızdırın.
✅ İsitmiş olduğunuz soba listinə yağlı kağız sərib bir kənara alın.
✅Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 25 -30 dəqiqə bişirin.
✅ Üzəri qızarandan sonra sobadan çıxardın.

Açma Poğaçanın Servis Edilməsi
6

✅ Bişirdikdən sonra qəhvəaltı sofralarınızda isti halda servis edə bilərsiniz.
✅ Açma poğaçanı qonaqlıq süfrələrinizdə təkbaşına servis rtmək istəmirsinizsə onun yanında sadə bir darçınlı keks də hazırlayıb servis edə bilərsiniz.

Nuş Olsun!