İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə yığın.
Lazım olacaq qoz ləpəsini təmizləyib kasaya yığın.
İstifadə edəcəyiniz şəkər tozunu kasaya yığın.
Lazım olacaq şokolad pilitkasını və ya şokoladı bir kasaya yığın.
İstifadə edəcəyiniz vanilini kasaya yığın.
Əvvəlcə qoz ləpəsini quru tavada yüngül qovurun.
Qovrulan qoz ləpəsini xırda doğrayın.
Yumurtanın ağını sarısından ayırın.
Otaq temperaturunda olan yumurta ağını mikserlə yaxşıca çırpın.
Üzərinə şəkər tozu və şəkər kirşanı əlavə edib 10 dəqiqə çırpın.
Vanil əlavə edib qarışdırın.
Üzərinə damla şokolad (və ya xırda doğranmış plitka şokolad) və xırda doğranmış qoz əlavə edib qarışdırın.
Yağlı kağız sərilmiş soba sinisinə bir qaşıq köməyilə kütlədən qoyub yüngülcə yayın.
Aralıqla düzün ki, bişdikdə yayılıb yapışmasın.
Peçenyeləri əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin.
Daha sonra sobanı söndürüb və 2 saatlıq peçenyeni “unudun”.
2 saat müddətində sobanın qapısını qətiyyən açmayın!
2 saatın tamamında peçenyeləri sobadan götürə bilərsiniz.
Ərzaqlar
Təlimatlar