Yazdırma Seçimləri:

Ağlayan keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti55 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 35 dəq

ağlayan keks

Lazım olan ərzaqlar
 4 ədəd yumurta
 3 stəkan şəkər
 3 stəkan un
 5 yemək qaşığı kakao
 2 yemək qaşığı süd
 1 paket qabartma tozu
Üzərinə
 1 stəkan tökmək üçün süd
Kremi üçün
 1 paket krem şanti
Sosu üçün
 1 stəkan süd
 1 yemək qaşığı un
 1 stəkan su
 1 yemək qaşığı kakao
Hazırlama qaydası
1

ağlayan keks

Qarışdırma qabına, şəkəri alın.
Üzərinə yumurtaları qırın və köpükənənə qədər çırpın.
Daha sonra, südü, kakaonu da əlavə edərək çırpmağa davam edin.
Un və qabartma tozunu da qarışdırma qabına alaraq çırpmaya davam edin.
Azca yağlanmış siniyə qarışığı tökün.
175 dərəcə istidə 30 dəqiqə bişirin.
Keks bişincə,siniyə çıxardın.
Üzərinə 1 çay stəkanı süd gəzdirib keksi soyumağa qoyun.
Bu arada sosunu hazırlayın.
Bunun üçün südü, qazana tökün.
Üzərinə unu, suyu və kakaonu töküb qarışdıraraq bişirin.
Krem şantiyi süd ilə çırpın və keksin üzərinə yayın.
Soyuyan sosu da keksin üzərinə yayın.
Soyuducuda bir az saxlayın.
Daha sonra dilimləyərək servis edə bilərsiniz.

Nuş olsun!