Yazdırma Seçimləri:

Alaca Şorba (Türk üsulu hədik)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Ta qədim dövürdən bu yana bir çox mədəniyyətlərə ev sahibliyi edən, zəngin bir mətbəx mədəniyyətinə sahib olan , türk mətbəxinə məxsus olan bir şorbayla sizin qonağınızıq.
Həm ləzzətli, həm də çox nəfis olan bu şorba içərisində olan tərxunun ətriylə də hamını özünə valeh edən bir şorbadır. Bir yeyən bir də yemək istəyəcəkdir.

alaça(hədik) şorbası

Lazım Olan Ərzaqlar
 1 stəkan aşurəlik bulğur
 1 stəkan noxud
 ½ stəkan yaşıl mərcimək
 1 ədəd soğan
 1 l su
 1 yemək qaşığı bibər tomatı
 1 yemək qaşığı kərə yağı
 1 çay qayığı quru tərxun
 1 çay qayığı duz
 1 çay qayığı istiot
Sosu Üçün
 1 yemək qaşığı tərxun
 ½ stəkan zeytun yağı
Alaca Şorbası Üçün Ərzaqların Yığılması
1

Lazım olacaq noxudu , yaşıl mərciməyi ayırtlayıb yuyuaraq suyunun süzün.

✅Lazım olacaq qədər bulğuru da ayırtlayıb yuyaraq suyunu süzün.
✅Lazım olacaq tomatı bir kasaya alın.
✅Lazım olacaq qədər suyu stəkana süzün.
✅Soğanı soyub kasaya yığın.
✅İstifadə edəcəyiniz kərə yağını kasaya alın.
✅ olacaq tərxunu təmizləyərək yuyb mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olacaq duzu, istiotu ayrıca kasalara yığın.
✅Lazım olacaq zeytun yağını kasaya süzün.

Alaca Şorbası Üçün Ərzaqların Hazırlanması
2

✅Buğdanı (bulğuru)noxudu bir gecə əvvəlcədən isti su ilə isladın və sabaha qədər yumşalması üçün gözlədin.
✅Soğanı kiçik -kiçik yeməklik doğrayın.
✅Ocaqda isti su saxlasanız işiniz daha da yüngülləşmiş olar.
✅Həm də çalışmaq lazımdır ki, yeməyə isti su istifadə edəsiniz.
✅ Noxudu, mərciməyi,və bulğuru ayrı ayrı bişirin.
✅Orta boy bir qazana suyunu süzün.

DİQQƏT
3

Noxudu bir gecə əvvəlcədən ıslatırsanız ertəsi gün vaxt itirmədən şorbanızı bişirməyə başlaya bilərsiniz. İsti suyla ıslatmanız daha yaxşı nəticə ala bilərsiniz.a

Alaca Şorbasının Bişirilmə Qaydası
4

✅Bişirdiyiniz ərzaqların suyunu süzün və bir qazana alın.
✅Üstlərinə 6 stəkan su əlavə edib ocağın altını açın.
✅ Doğradığınız soğanları da qazana əlave edin. Bu şəkildə aradabir qarışdıraraq, bütün ərzaqlar qaynayanadək bişirin.
✅Şorbanız qaynarkən, kiçik bir tavada kərə yağını qızdırın, içərisinə tomatı və tərxun otunu əlavə edib qovurun.
✅Qovurduğunuz tomat və tərxunu qaynamaqda olan şorbaya əlavə edərək 5 dəqiqə daha bu şəkildə qaynadın.
✅Duzunu və istiotunu da əlavə edin.
✅Şorbanız hazırdır.

Alaca Şorbasının Servis Edilməsi
5

Şorbanız bişdikdən sonra altını qapadın və servis kasalarına alın.
Bir tavada qızdırdığınız zeytun yağının içinə tərxun otunu əlavə edib bir neçə dəfə qarışdırdıqdan sonra kasalara aldığınız şorbaların üzərinə zeytin yağında qovrulmuş tərxunu da gəzdirərək servis edin.

Nuş Olsun!