Yazdırma Seçimləri:

Alma piroqu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

Ləzzətli alma piroqu hazırlamaq çox asandır. Asanlıqla hazırlayacağınız bu piroq həm süfrələrinizi bəzəyəcək, həm də hamı çox bəyənəcək.

Lazım olan ərzaqlar
 2,50 stəkan un
 150 q kərə yağı və ya marqarin
 3 yemək qaşığı qatıq
 1 ədəd yumurta
 1 paket qabartma tozu
 vanil
İçlik üçün
 45 ədəd alma
 1 çay qayığı darçın
 qoz ləpəsi
 4 yemək qaşığı şəkər tozu
Üzəri üçün
 şəkər kirşanı
Xəmirin hazırlanma qaydası
1

Alma piroqu hazırlamaq üçün əvvəlcə kərə yağını otaq temperaturunda isidin.
Bundan sonra yumşalmış kərə yağına qatığı əlavə edin.
Bunların üzərinə bir ədəd yumurta qırın.
Yumurta, qatıq və kərə yağını mikser vasitəsi ilə qarışdırın.
Qarışığa daha sonra vanil və qabartma tozu da əlavə edin.
Vanil və qabartma tozu da qarışdırıldıqdan sonra qarışığa ələnmiş un əlavə edərək xəmir yoğurun.
Yumşaq bir xəmir kütləsi əldə edin.

İçliyin hazırlanma qaydası
2

İçlik hazırlamaq üçün əvvəlcə almaları soyub rəndələyin.
Rəndələnmiş alma kütləsini bir tavaya qoyun.
Alma rəndəsinə şəkər tozunu da əlavə edin.
Bundan sonra vam odda bişirin.
Daha sonra buraya toz darçın da əlavə edin.

Piroqun hazırlanma qaydası
3

Hazırladığımız xəmirin yarıdan çox hissəsini götürüb yumru kürə şəklində kündə hazırlayın.
Yumru soba sinisinin dibini yağlayın.
Xəmir kündəsini sininin içərisində əlimizlə açıın və sininin içərisinə tamamən yayın .
Bişirib ilıqlaşmış alma içliyini bu açdığımız xəmir kütləsinin üzərinə yayın.
Qoz ləpəsini əlinizlə qırın və onu da alma içliyinin üzərindən səpin.
Bundan sonra qalan xəmirdən kiçik parçalar qopardıb uzun şəridlər hazırlayın.
Bu xəmir şəridləri ilə alma piroqunun üzərini qəfəs şəklində hörün.
Sobanı əvvəlcədən 180 dərəcə isidin. İsti sobaya sinini yerləşdirin.
Piroq hazır olduqdan sonra sobadan çıxardın.
Soyumasını gözləyin.
Soyuyan piroqun üzərinə şəkər kirşanı səpin.
Şəkər kirşanı səpdikdən sonra piroqu dilimləyərək servis edin.

Nuş olsun!