Yazdırma Seçimləri:

Almalı Badamlı Keks

Verimlilik8 PorsiyonHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

almali-badamli-keks

Lazım Olan Ərzaqlar
 75 q kərə yağı
 3 ədəd yumurta
 ½ stəkan şəkər tozu
 1 stəkan badam tozu
 3 ədəd alma
 1 paket qabartma tozu
 1 paket vanilin
Kremi Üçün
 100 q pendir
 150 q labne pendiri
 ½ stəkan şəkər tozu
Üzəri Üçün
 2 yemək qaşığı hind qozu ləpəsi
Diqqət!
1

✅Almaları keks xəmirini hazırladıqdan sonra birbaşa xəmirin içinə rəndələsəniz almaların qaralmasının qarşısını alarsınız.

Keksin Hazırlanma Qaydası
2

✅ Kərə yağını əridib soyumağa qoyun.
✅ Yumurta və şəkəri də mikserdə 4-5 dəqiqə çırpın.
✅ Kərə yağı və quru ərzaqları yumurta şəkər qarışımına əlavə edib yaxşıca qarışdırın.
✅ Almaların qabıqlarını soyduqdan sonra rəndənin incə tərəfiylə qarışımın içinə rəndələyin.
✅ 20 sm-lik keks qəlibinə yağlı kağız sərib xəmirinizi onun üzərinə töküb yayın.
✅ Sobanı əvvələdən 180 dərəcə qızdırın.
✅ Əvvəlcədən qızdırdığınız sobada 30 dəqiqəyə yaxın bişirin.
✅Bişdikdən sonra keksinizi soyumağa qoyun.

Kremin Hazırlanma Qaydası
3

✅ Bütün krem ərzaqlarını bir qaba alın və mikserlə çırpın.
✅ Soyumağa qoyduğunuz keksi ortadan eninə kəsərək iki qat əldə edin.
✅ Kremin yarsını qatların arasını doldurun.
✅ Digər yarsını da qatların üzərini qapadın.
✅ Keksin üzərini kremlədikdən sonra üzərinə hindistan qozu rəndələyin.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0