Yazdırma Seçimləri:

Almalı darçınlı müffin

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt55 dəq

Almalı darçınlı müffin

Lazım olan ərzaqlar
 2 ədəd yumurta
 ¾ stəkan şəkər
 1 stəkan süd
 ½ stəkan duru yağ
 2 stəkan un
 1 paket qabartma tozu
 ½ çay qayığı darçın
 3 ədəd alma
Hazırlanma qaydası
1

Almaları yuyub qabığını soymadan ikiyə bölün.
Içlərini təmizləyib çox incə şəkildə yarım ay formasında doğrayın.
Üzərini keçəcək qədər isti su töküb yumşalana qədər bişirin.
Suyunu süzüb soyuq sudan keçirdin.
Keks üçün yumurtaları və şəkəri krem qatılığına gələnə qədər çırpın.
Südü və yağı da əlavə edib çırpmağa davam edin.
Unu yavaş-yavaş əlavə edib çırpmağa davam edin.
Qabartma tozu və darçını əlavə edib hamar bir xəmir alana qədər çırpın.
Müffin qəliblərinin içərisinə müffin kağızları yerləşdirin.
Keks xəmirini qəliblərin yarısına qədər yerləşdirin.
Gül şəklində bəzək üçün alma dilimlərindən birini alıb rulon şəklində bükün.
Başqa bir dilim alıb ilk rulonun ətrafına sarıyın.
Bu işləri müffin qəlibinizin üzərini örtəcək böyüklüyündə bir gül əldə edənə qədər davam edin.
Gül tamamlanınca qəlibin ortasına yerləşdirin.
Bütün alma dilimlərini eyni şəkildə hazırlayıb qəliblərə yerləşdirin.
Müffinləri əvvəlcədən 170 dərəcə qızdırdığınız sobada xəmirlər qızarana qədər bişirin

Nuş olsun!