Yazdırma Seçimləri:

Almalı kərəviz salatı

Verimlilik4 PorsiyonHazırlanma Müddəti5 dəqÜmumi Vaxt5 dəq

almalı kereviz salatı

Lazım olan ərzaqlar
 1 kq kərəviz
 1 ədəd limon
 2 ədəd yaşıl alma
 1 diş sarımsaq
 1 stəkan qatıq
 1 yemək qaşığı mayonez
 ½ stəkan zeytun yağı
 duz
Servis üçün
 qoz ləpəsi
 qırmızı pul bibər
Hazırlanma qaydası
1

Almalı kərəviz salatı hazırlamaq üçün əvvəlcə kərəvizlərin qabıqlarını soyub limonlu suda 5-10 dəqiqə saxlayın.
Sonra kərəvizlərin suyunu süzün və rəndələyin.
Rəndələdiyiniz kərəvizləri bir qaba yığın.
Almanı təmiz yuyun.
Yuduğunuz almanın suyunu silin və onları da rəndələyib kərəvizin üzərinə əlavə edin.
Ayrı bir qabda qatığlı azca çırpın.
Sarımsaqların qabıqlarını soyub yuyun.
Soyduğunuz sarımsaqları yaxşıca əzin.
Əzilmiş sarımsağın içinə mayonez, duz, zeytin yağı əlavə edib qarışdırın.
Qatıqlı qarışığı almalı kərəvizin üzərinə əlavə edib yaxşıca qarışdırın.
Hazırladığınız qarışığı bir servis tabağına yığın.
Üzərini qoz ləpəsi və qırmızı pul bibərlə bəzəyərək servis edin.
Almalı kərəviz salatı artıq hazlrdır.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 4