Yazdırma Seçimləri:

Almalı Rulet Piroq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat 20 dəq

Ləzzətli almalı rulet piroqu reseptini sizin üçün hazırladıq.
Çay və ya qəhvənin yanında rahatlıqla təqdim edəbiləcəyiniz bu almali rulet piroqunu bişirməyinizi tövsiyyə edirik.
Piroqun içərisindəki alma həm faydalıdır, həm də darçınla birlikdə bişdikdə çox ləzzətli olur.
Siz də bu ləzzətli almalı piroqu dadmaq istəyirsinizsə buyurun resepimizlə tanış olun.

almalı rulet piroqu

🍏Almalı Rulet Piroq Xəmiri Üçün Lazım Olan Ərzaqlar
 500 q un
 70 q vanil
 7 q quru maya
 duz
 70 q şəkər tozu
 1 ədəd yumurta
 250 ml süd
 40 q kərə yağ
 30 q duru yağ
👉Piroqun Xəmiri Üçün Lazım Olan Ərzaqlar
 150 q un
 200 q şəkər tozu
 120 q kərə yağ
👉Piroqun İçi Üçün Lazım Olan Ərzaqlar
 5 ədəd alma
 30 q kərə yağ
 1 çay qayığı darçın
🍏Almalı Rulet Piroqu Xəmirin Hazırlanması
1

almalı rulet piroqu

✅ Almalı piroq xəmirinin hazırlanması
✅ Xəmir yoğrulacaq qaba un, duz, qabartma tozu, vanil, quru maya, yumurta, şəkər tozu, süd əlavə edib xəmir yoğurun.
✅ Xəmir yaxşışca yoğrulub artıq ələ yapışmamağa başladıqdan sonra xəmirin üzərini örtün
✅ Xəmiri əqribən 1-1,5 saat mayalanması üçün gözlədin.
✅ Mayalanmış xəmirdən kiçik kündələr hazırlayın.
✅ Bu kündələrin də üzərini örtərək təqribən 7 dəqiqə kündələrin düşməsi üçün gözləyin.

👉İçliyin Hazırlanması
2

✅ Bir qabda kərə yağ və şəkər tozu bir-birinə yaxşıca qarışdırılır.
✅ Ondan sonra şəkərli yağa un əlavə edilir və ovulur.
✅ Qarışdırdıqca əldə ovalanan kütlə əmələ gələnə kimi yoğrulur, qarışdırılır.
✅ Narın bir kütlə əmələ gəlir.
✅ İçlik hazırdır artıq.

👉Almalı İçliyin Hazırlanması
3

✅ Tavada kərə yağ əridilir.
✅ Almalar soyulub kiçik - kiçik doğranılır
✅ Doğranmış almalar bu yağda qızardılır.
✅ Qızarmış almanın üzərinə toz darçın vurulur və biraz daha qovrulur.

👉Almalı Piroqun Hazırlanması
4

✅ İçlik və almalı içlik hazır olduqdan sonra piroqun hazırlanmasına başlamaq olar.
Bunun üçün kündələri tək-tək yayın
✅ Hər bir yaymanın yarısına kimi içlik qoyun və qatlayın
✅ Qatladığınız yuxanın o baş və bu başına almalı içlik qoyun və küncdən başlayaraq uzunsov formada bükün.
✅ Beləcə 40 Dəqiqə dincəldin və sonra əvvəlcədən 180 dərəcə isidilmiş sobada bişirin.
✅ Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş Olsun!