Yazdırma Seçimləri:

Almas qurabiyə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Lazım olan ərzaqlar
 225 q kərə yağı
 0,50 stəkan pudra şəkəri
 2 ədəd yumurta sarısı
 2 yemək qaşığı qaymaq
 2 stəkan un
 ½ stəkan kakao
 1 paket vanil
 1 çimdik duz
Üzəri üçün
 1 stəkan şəkər tozu
Qurabiyə üçün lazım olan krem
 120 q bitter şokolad
 1 yemək qaşığı duzsuz kərə yağı
 3 yemək qaşığı bal
 3 yemək qaşığı qaymaq
Hazırlanma qaydası
1

Əvvəlcə xəmir üçün olan dərin bir qabda kərə yağı ilə şəkər pudrasını qataraq mikserlə azca qabarana qədər çırpın.
Yumurta sarılarını əlavə edin və qarışdırın.
Qaymağı qatıb, yavaşça qarışdırmağa davam edin.
Un, kakao,vanilin və duzu ələyərək əlavə edin.
Qatılaşana qədər qarışdırın.
Xəmirdən qozdan bir az kiçik parçalar ayırın və ovcunuzun içində yuvarlayın.
Toz şəkərə bulayıb, yağlanmış soba sinisinə düzün.
Tam ortalarına baş barmağınızla kiçik oyuqlar açın.
Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada bişirin.
Sobadan alın və soyudun.
Oyuqları doldurmaq üçün şokoladı kərə yağı ilə birlikdə “benmari üsulu” əridin. Ocağın altını qapatdıqdan sonra bal və qaymağı əlavə edib , qarışdırın.
Qarışımı bir sıxma torbasına doldurun.
Soyuyan qurabiyələrin ortasına sıxın və servis edin.

Nuş olsun!