Yazdırma Seçimləri:

Arzuman küftə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

Arzuman küftə

Lazım olan ərzaqlar
 160 q qoyun əti
 40 q əridilmiş yağ
 2 ədəd baş soğan
 1 ədəd yumurta
 1 dəstə keşniş
 1 çimdik sumaq
 istiot
 duz
Lazım olan ərzaqlar
1

Qoyun ətinin bud hissəsindən götürərək doğrayın.
Doğradığınız əti ətçəkən maşından keçirdərək qiymə halına salın.
Baş soğanı da soyub doğrayın və onu da ət maşınından keçirdin.
Qiyməyə soğanı qarışdırıb duz və istiot da vurub yoğurun.
Hazır qiyməni soyumağa qoyun.
Yumurtanı ayrı bir qabda bərk bişirib qabığını soyun.
Qiymədən iri küftələr hazırlayıb içərisinə bərk bişirilmiş 1 ədəd yumurta qoyun və yumrulayın.
Küftələri bulyonda vam odda 20-30 dəqiqə bişirin.
Süfrəyə verdikdə üstünə doğranılmış göyərti səpin və ayrıca qabda da yanına sumaq qoyun.

Nuş olsun!