Yazdırma Seçimləri:

Asan Almalı Piroq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 5 dəq

Bu piroq tez harırlanır və eyni zamanda da çox ləzzətlidir.
Piroqun xəmiri bir -iki dəqiqədə hazırlanır.
Sonra xəmir qəlibə tökülür, üstünə alma dilimləri düzülür, qoz və darçın səpilir, və piroq sobaya yollanır.
Bu qədər tez başa gəlir.
Sizin bu həyəcanınızı azaltmaq üçün Dünya mətbəxindən olan bir təriflə görüşünüzə gəldik.
Siz də özünüzü və sevdiklərinizi bu piroqla sevindirin.

Asan Almalı Piroq Üçün Lazım Olan Ərzaqlar
 2 stəkan əla növ un
 1 stəkan şəkər tozu
 2 çay qayığı qabartma tozu
 ¼ çay qayığı duz
 1 ədəd yumurta
 1 stəkan süd
 2 yemək qaşığı zeytun yağı
 2 ədəd alma(biri yaşıl biri qırmızı)
 ½ stəkan qəhvəyi şəkər tozu
 ½ çay qayığı darçın
 ¼ stəkan kərə yağı
 ½ stəkan doğranmış qoz
Asan Almalı Piroqun Ərzaqlarının Yığılması
1

✅ Unu ələyib qarışdırma qabına yığın.
✅ Yumurtaları yuyub bir kasaya sındırın.
✅ Almaları yuyub soyaraq nazik-nazik dilimləyin.
✅ Kərə yağını əridib otaq trmperaturunda soyudun.
✅İstifadə edəcəyiniz qozu təmizləyərək çox da incə olmayacaq şəkildə əzin.

Asan Almalı Piroqun Hazırlanması
2

✅ Un, şəkər tozu, qabartma tozu və duzu bir qabda qarışdırın.
✅ Yumurtanı yüngülvari çırpın.
✅ Üzərinə yumurta, süd və duru yağı əlavə edib yenidən qarışdırın.
✅ Alınan qarışımı dibi yağlanmış və azacıq unlanmış formaya boşaldıb üzərini düzənləyin.
✅ Kərə yağını əridib otaq temperaturuna qədər soyudun.
✅ Ayrı qabda qəhvəyi şəkər tozu, darçın və kərə yağını qarışdırın.
✅ Almaları nazik dilimləyin.
✅ Alınan qarışığı almaların üzərinə əlavə edin.
✅ Sonra da üzərindən qoz səpin.

Asan Almalı Piroqun Bişirilməsi
3

✅ Sobanı əvvəlcədən 180ºC- dək qızdırın.
✅ Qızdırdığınız sobaya piroq qəlibini yerləşdirin və üzəri azca qızarana qədər bişirin.
✅ Piroqlu xəmir formanın kənarlarından ayrılanadək (təxminən 45 dəqiqə) bişirin.
✅ Hazır olan piroqu sobadan çıxardın.
✅ Hazır piroqu formanın içində təxminən 10 dəqiqə soyudun.

Asan Almalı Piroqun Servis Edilməsi
4

✅ Bu piroq kofe və çayla əla olur!
✅ İsti ikən üstünə vanilli dondurma qoyub yemək də əla olur.
✅ Soyuyan piroqu qəlibdən çıxardıb isti və ya otaq temperaturunda olan halda servis edə bilərsiniz.

Nuş Olsun!