Yazdırma Seçimləri:

Asan pomidorlu pizza

Verimlilik4 PorsiyonHazırlanma Müddəti5 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt15 dəq

 6 ədəd milföy xəmiri
 4 ədəd təzə yaşıl soğan
 2 ədəd pomidor
 qara istiot: zövqə görə
 1 çimdik duz
 1 çay qayığı quru kəkotu
 zeytun yağı
 1 çay qayığı təzə kəklikotu
1

Pizzanı hazırlamaq çox asantdır.
Əvvəlcə milföy xəmiri yarpaqlarını birləşdirin və pizza bişirəcəyiniz sininin formasına uyğun olaraq bu birləşdirdiyiniz milföy xəmirini bir oxlov (və ya vərdənə) vasitəsi ilə açın.
Yaşıl soğanları bol su ilə təmiz yuyun, suyunu süzüb qurudun.
Bundan sonra təmiz yuyub qurutduğunuz yaşıl soğanları incə - incə doğrayın.
Əvvəlcədən oxlov vasitəsi ilə açdığınız milföy xəmirinin üzərini bir fırça vasitəsi ilə zeytun yağıyla yağlayın.
Doğranmış təzə yaşıl soğanları pizza xəmirinin üzərinə düzün.
Bundan sonra pomidorları da təmiz yuyun, suyunu qurulayın.
Yuyulub suyu quruyan pomidorları doğrayın.
İçərisində "özək" varsa onu ayırtlayın.
Doğradığınız pomidor dilimlərini də xəmirin üzərinə yerləşdirin.
Bunların üzərindən də istiot, kəklikotu və duz əlavə edin.
Sobanı 200 dərəcəyə qədər isidin.
Soba 200 dərəcəyə qədər isinib hazır olduqdan sonra hazırladığınız pizzanı sobaya verin.
Üzəri qızarana qədər bişirin.
Üzəri qızarıb sobadan çıxartdığınız pizzanın üzərinə təzə kəklikotu əlavə edin.
Buyurun. Asan pomidorlu pizza hazırdır.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 0