Yazdırma Seçimləri:

Ayran

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı0 dəqÜmumi Vaxt10 dəq

Lazım olan ərzaqlar
  l qatıq (yağlı qoyun qatığı olması daha yaxşıdır)
 2 l soyuq su (qazlaşdırılmış su da ola bilər)
 1 dəstə şüyüd (istəyə görə)
 2 ədəd xiyar (istəyə görə)
 1 yemək qaşığı quru nanə (istəyə görə)
  duz
Hazırlanma qaydası
1

Ayran hazırlamaq üçün qatıq az-az bir qaba tökülür.
Burada əvvəlcə qatıq möhkəm qarışdırılaraq əzilir.
Sonra su ilə qarışdırılır.
Xırda doğranmış şüyüd və duz əlavə edilir.
Sürtkəcdən keçirilmiş xiyar da əlavə etmək olar.
Quru nanə də istifadə etmək daha yaxşı olar.
Ayran soyuq halda içilməsi məsləhət olan içkidir.

Nuş olsun!