Lazım olanlar:
Hər payına:
- 108 q qoyun əti,
- 20 q quyruq,
- 25 q düyü,
- 15 q baş soğan,
- 1 q alça qurusu,
- 60 q keşniş və şüyüd, istiot, duz.
Hər pay üçün 1-2 tikə qoyun əti bişirilir. Sonra ət çıxarılıb sümükdən ayrılır. Qaynar bulyona yuyulmuş düyü, alça, narın doğranmış quyruq yağı qatılıb yenidən qaydadılır. Sonra içinə istiot, duz, doğranmış keşniş, şüyüd vurulub bişirilir.
Leave a Reply