Yazdırma Seçimləri:

Badam Südlü Meyvəli Smoothie

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqÜmumi Vaxt10 dəq

Badam südü heyvan mənşəli qidalardan istifadə etməyənlər üçün ən ləzzətli seçənəklərdən biridir.

Südlü badam şorbası

🍹Badam Südlü Meyvəli Smoothie Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan badam südü
 1 ədəd banan
 1 stəkan böyürtkən
 12 ədəd nanə yarpağı
🍹Badam Südlü Meyvəli Smoothie Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz badamları təmizləyib bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz bananın qabığını soyub bir kasaya yığın.
✅ İstifadə edə biləcəyiniz böyürtkəni təmizləyib yuyuaraq bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz nanəni yuyub təmizləyərək bir kasaya yığın.

🍹Badam Südünün Hazırlanma Qaydası
2

Südlü badam şorbası

✅Əvvəlcə 2 stəkan badamı yuyun, üstünü örtəcək qədər isti su tökün və təxminən 12-15 saat gözlədin (6 stəkan su).
✅Badamı axşamdan da edə bilərsiniz və səhərə qədər suda islada bilərsiniz.
✅12-15 saat suda gözlətdiyiniz badamı süzün.
✅Süzdüyünüz badamın üzərinə yenidən isti su tökü və 20 dəqiqə daha islatdıqdan sonra qabıqlarını soyun.
✅Soyulmuş badamı robotun içinə töküb təxminən 1200 qr olan 6 stəkan su əlavə edin və badam üyüdülənə qədər çəkin.
✅Robotda badam qatılaşacaq və yumşalacaq, amma yaxşı nəticə əldə etməsəniz, bunu blender ilə də ezə bilərsiniz.
✅Badamı tamamən əzdikdən sonra bir cunaya töküb yaxşıca süzün və pulpadan(posasından) ayırın.
✅Süzdükdən sonra xarab olmaması üçün bir bankaya və ya şüşə qaba qoyub soyuducuda saxlaya bilərsiniz.

Diqqət
3

✅Badam südü qatıdırsa durultmaq üçün içərinə su əlavə edərək tutarlılığını tənzimləyə bilərsiniz.
✅Badaminizin qabıqları soyulmazsa, isti su prosedurunu təkrarlaya bilərsiniz.
✅Badam südünüzü şirin etmək üçün robotto alarkən bal, toxumları çıxarılmış və yumşaldılmış xurma, darçın, vanil (çubuq) kakao, pekmez, keçibuynuzu tozu əlavə edə bilərsiniz.
✅Badamın posasını daha sonra şirniyyat hazırlayarkən istifadə edə bilərsiniz.

🍹Badam Südlü Meyvəli Smoothienin Hazırlanması
4

✅ Bütün ərzaqları blender, robot və ya smoothie maşnası varsa onda qataraq qatılaşana qədər çekin.
✅Hazır olan zaman smoothie qatılaşmış olacaqdır.
✅ Ara öyünlərdə, qəhvəaltında badamlı smoothieni hazırlayaraq istifadə edə bilərsiniz.
✅ Smoothienin içərisinə banan yerinə mövsümə uyğun olan meyvələrdən istifadə edə bilərsiniz.
✅ Smoothieni şirinləşdirmək üçün içərisinə tumu çıxardılmış xurma, armud,çiyələk , quru üzüm, keçibuynuzu və başqa mövsümi meyvələrdən qataraq hazırlaya bilərsiniz.

🍹 Badam Südlü Meyvəli Smoothienin Servis Edilməsi
5

Hazır smoothienin üzərini istədiyiniz kimi süsləyərək servis edə bilərsiniz.

Nuş Olsun!