Yazdırma Seçimləri:

Badambura

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 25 dəq

Milli mətbəxə məxsus olan Badambura bayram süfrələrinin bəzəyidir.

badambura

Badambura Üçün Lazım Olan Ərzaqlar
 1 paket Kenton qabartma tozu
 1 çimdik duz
 1 stəkan süd
 1 paket quru maya
 ala bildiyiqədər un
 0,50 kq kərə yağı
Badamburanın İçi Üçün lazım Olan Ərzaqlar
 0,50 kq badam və ya fındıq ləpəsi
 0,50 stəkan şəkər tozu
 1 paket Kenton şəkərli vanilin
Badamburanın Üzəri Üçün Lazım Olan Ərzaqlar
 Kenton şəkər kirşanı
Badambura Xəmirin Hazırlanma Qaydası
1

♦️Yoğurma qabına unu ələyin.
♦️ Üzərinə quru maya, duz, Kenton qabartma tozu, süd əlavə edib yoğurun.
♦️Yoğurma qabından xəmiri alıb dəzgah üzərinə qoyun və yenidən yoğurun.
♦️Ələ yapışmayan bir xəmir əldə edəcəksiniz.

Badambura Yuxalarının Hazırlanma Qaydası
2

badambura

♦️Hazırladığınız xəmiri kiçik kündələrə ayırın.
♦️Kündələri əlinizlə yumrulayın.
♦️Kündələri bir-bir oxlov yardımı ilə yayın.
♦️Masanın üzərini kərə yağıyla yağlayın.
♦️Yaydığınız yuxanı masanın üzərinə açın.
♦️Yuxanı yağlayın və ikinci kündəni də yayıb birincinin üzərinə açın və yağlayın.
♦️4 ədəd yuxanı kərə yağı ilə yağlayaraq üst-üstə yığın.
♦️Axırıncı yuxanı da kərə yağı ilə yağladıqdan sonra rulon kimi bükün.
♦️Bükdüyünüz rulonu 3 barmaq qalınlığında dilimləyin.

Badamburanın İçliyinin Hazırlanması Qaydası
3

♦️Badam və ya fındıq ləpəsini mətbəx robotunda üyüdün.
♦️Üyüdülmüş ləpənin üzərinə şəkər tozu, Kenton şəkərli vanilin əlavə edərək qarışdırın.
♦️Badambura üçün içlik hazırdır.

Badamburanın Bükülmə Qaydası
4

badambura

♦️Dilimlədiyiniz badambura xəmirini götürüb ortasını oyun.
♦️Açmış olduğunuz oyuğa qaşıq yardımı ilə hazırladığınız içlikdən qoyub bükün.
♦️Bu işi bütün xəmir bitənə qədər davam edin.
♦️Sonra soba sinisinə yağlı kağız sərin.
♦️Bükmüş olduğunuz badamburaları bükülən tərəf alta düşməklə siniyə yığın.

Badamburanın Bişirilmə Qaydası
5

♦️Sobanı əvvəlcədən 160-180 dərəcəyə yaxın qızdırın.
♦️Qızdırılmış sobada 20-25 dəqiqəyə yaxın bişirin.
♦️Bişdikdən sonra sobadan alın və soyumağa qoyun.

Badamburanın Servis Edilmə Qaydası
6

♦️Tamamən soyuduqdan sonra badamburaların üzərinə Kenton şəkər kirşanı səpin.
♦️Artıq badamburalarınız servisə hazırdır.
♦️Hazır badamburaları pürrəngi çayla birlikdə servis edin.
♦️Milli mətbəximizə məxsus olan badambura olmadan Novruz bayramı süfrələrimizi təsəvvür etmək mümkün deyildir.

Nuş Olsun!