
Lazım olanlar:
- Yarım paket marqarin,
- 1 stəkan un,
- 1 l süd,
- 1 stəkan şəkər,
- Un halına salınmış 1 stəkan badam,
- 1 paket vanilin,
Hazırlanması:
Marqarin və unu qovurun.
Üzərinə süd, şəkəri və un halında olan badamı da əlavə edərək qarışdırıb bişirin.
Mühəlləbi qatılaşınca vanilini əlavə edin.
1-2 dəqiqə daha qaynadıb ocaqdan alın və 15 dəqiqə mikserlə çırpın.
Badamlı mühəlləbini kasalara paylaşdırın və soyuq halda servis edin.
Leave a Reply