Yazdırma Seçimləri:

Badımcan Dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 10 dəq

Dolma deyincə axar sular durur. Ana yeməkdir və ən sevilən yeməklər siyahısının başında gəlir.Dolmalar çoxdur.Yarpaq, kələm, bibər, pomidor, pip dolm.Ən sevilən dolmalardan biri də badımcan dolmasıdır.
Ana yeməyi deyə adlandırdığımız yeməklərdən biri olan badımcan dolmasının ətlisi də, zeytunyağlısı da bir başqa olur. Üstəlik bir də sobada bişdimi badımcanların qızarmış dadı dolmaya başqa bir dad qatır.Vam odda dəmini alaraq bişən dolmaların dadı tamam başqa olur. Bu dada na bir də qatıq dad qatdısa barmaqlarını yeyəsi olursan.

Badımcan dolması / dolma resepti

Lazım Olan Ərzaqlar
 160 q qoyun əti
 300 q badımcan
 1 ədəd baş soğan
 20 q ərinmiş yağ
 1 ədəd pomidor
 göyərti (reyhan, keşniş)
 darçın
 100 q qatıq
 istiot
 duz
Badımcan Dolması Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz badlmcanları yuyub mətbəx dəsmalının üzərinə sərin.
✅ İstifadə edəcəyiniz qoyun ətini təmizləyib açsüzənə yığın.
✅ Lazım olacaq baş soğanın qabığını soyub kasaya yığın.
✅Lazım olacaq ərinmiş yağı kasaya yığın.
✅ İstifadə edəcəyiniz pomidorları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz göyərtiləri yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olan darçını kasaya yığın.
✅ İstifadə edəcəyiniz qatığı kasaya alın.
✅İstifadə edəcəyiniz istiot və duzu ayrıca kasalara yığın.

Badımcan Dolması Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅ Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırın.
✅ 1-2 dəq. pörtlədin.
✅ Uzununa kəsilib tumdan təmizləyin.
✅Qoyun ətindən qiymə hazırlayın.
✅Baş soğanı da kiçik-kiçik doğrayın.
✅Göyərtiləri kiçik-kiçik doğrayın.
✅İstifadə edəcəyiniz pomidorları dilimləyin.
✅hazırladığınız içliyi qovurun.

Badımcan Dolmasının Hazırlanması
3

✅ Qiyməyə soğan, istiot və duz vurub arasıkəsilmədən qarışdırın.
✅ Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdıraraq badımcanlara doldurun.
✅ Qiymə ilə doldurulmuş badımcanları dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzün.

Badımcan Dolması Üçün Lazım Olan Ərzaqların Bişirilməsi
4

✅ Az miqdarda bulyon töküb dolmanı öz buğunda bişirin.
✅Dolmalar bişdikdən sonra servis tabağına yığın.

Badımcan Dolması Üçün Lazım Olan Ərzaqların Servis Edilməsi
5

✅ Süfrəyə verildikdə üstünə öz sosundan tökün.
✅ Ayrıca yanına qabda darçınlı qatıq verilir.

Nuş Olsun!