Yazdırma Seçimləri:

Badımcan Dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 10 dəq

Badımcan dolması / dolma resepti

Lazım Olan Ərzaqlar
 160 q qoyun əti
 300 q badımcan
 1 ədəd baş soğan
 20 q ərinmiş yağ
 1 ədəd pomidor
 göyərti (reyhan, keşniş)
 darçın
 100 q qatıq
 istiot
 duz
Hazırlanma Qaydası
1

✅ Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır.
✅ 1-2 dəq. pörtülür.
✅ Uzununa kəsilib tumdan təmizlənir.
✅ Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır.
✅ Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur.
✅ Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir.
✅ Süfrəyə verildikdə üstünə öz sosundan tökülür.
✅ Ayrıca qabda darçınlı qatıq verilir.

Nuş Olsun!