Yazdırma Seçimləri:

Badımcan Konservi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı55 dəqÜmumi Vaxt1 saat 25 dəq

Badımcan yay fəslində mətbəği şənləndirən tərəvəzlərdən biridir.
Bu sevilən tərəvəz eynı zamanda olduqça sağlıqlıdır.
Həzm sisteminə faydalıdır.
Yüksək miqdarda lif istehsal etdiyinə görə qəbizliyin qarşıdını alır.
Bağırsaqları yumuşaldır.
A, B1, B2, C vitaminləri ilə zəngindir.
Tərkibində kalsium, natrium və dəmir vardır.
Xolestrolu düşürür.

Badımcan konservi

Badımcan Konservi Üçün Lazım Olan Ərzaqlar
 4 kq badımcan
 2,50 kq pomidor
 1,50 kq bibər
 1 ədəd sarımsaq
 zeytun yağı
 qaya tuzu
Badımcan Konservi Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz badımcanları yuyub soyun.
✅İstifadə edəcəyiniz pomidorları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə ediləcək bibərləri yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ konservinə qatacağınız sarımsaqların qabığını soyub kasaya yığın.
✅İstifadə edəcəyiniz zeytun yağını stəkana süzün.
✅Lazım ola biləcək qədər qaya duzunu kiçik kasaya yığın.

Badımcan Konservi Üçün Ərzaqların Hazırlanması
2

✅ Öncə konserv bankalarını və qapaqlarını qaynar su ilə 5 dəqiqə strelizə edin.
✅ Soyduğunuz badımcanları yeməklik doğrayın.
✅ Dərin bir kasaya alıb duz əlavə edin.
✅ Üzərini keçənə qədər su qoyub yarım saat acısının çıxmasını gözləyin.
✅ Sonra süzüb yenidən üzərinə su axıdaraq süzülməyə buraxın.
✅ Əvvəlcə suyu qaynadın.
✅Qaynatdığınız suya pomidorları atıb bir az gözləyin.
✅Sonra pomidorların qabıqlarını soyun.
✅Bibərlərin içini təmizləyərək uzununa bir barmaq qalınlığında doğrayın.
✅ Soyulmiş pomidorları iri-iri doğrayın.
✅Sarımsaqları soyub doğrayın.

Badımcan Konservinin Bişirilmə Qaydası
3

✅Qazana yarım stəkan zeytun yağı əlavə edib bibərləri də yağın içinə atın və bir az qovurun.
✅Azacıq qovrulduqdan sonra pomidorları da əlavə edin.
✅Pomidorlar suyunu bir az buraxana qədər qovurun.
✅ Qavrulan pomidorların üzərinə soyduğunuz badımcanları da əlavə edin.
✅ 2 dəqiqə sonra qarışdırıb qazanın qapağını qapadın.
✅ Vam odda 10 dəqiqəyə yaxın bişirin.
✅ Sarımsaqları qarışıma əlavə edin ki, iyi gəlsin.
✅Bir silmə şorba qaşığı duz əlavə edin və 5 dəqiqə qədər bişirin.
✅Qazan qaynayarkən bankaları iki barmaq qalacaq şəkildə doldurun .

Badımcan Konservinin Bağlanma Qaydası
4

✅ Bankanın ağzını dəsmal ilə silib qurudun.
✅Bundan sonra bankanın ağzını bağlayaraq ağrəngli mətbəx kağızlarının üzərinə tərs çevirin.
✅Bu şəkildə sabaha qədər tərpətmədən saxlayın.
✅Ertəsi gün bankaları düz çevirib saxlayacağınız yerə yığın.

DİQQƏT
5

Bankaların qapağı içəriyə doğru batıq olmalı və əl vurarkən isə qapaqlar sərt olmalıdır.
Kağız dəsmallar da təmiz olmalıdır ki, sızıntının olub olmadığını biləsiniz.
Bankanı düz çevirəndə qapaqdan səs gəlməməlidir.
Əğər qapaqda səs yoxdursa konservamiz olmuş deməkdir.

Badımcan Konservinin Saxlanma Qaydası
6

✅Ancaq bankaların yerləri qaranlıq və və sərin olsa daha yaxşı olar.

Nuş Olsun!