
Lazım olanlar:
- 3 kq-badımcan,
- 1kq-sogan,
- 1, 5kq-pomidor,
- 1 kq- bolqar bibəri
- 1-2 ədəd acı bibər
- qarğıdalı yağı -0.5 l
- duz: 2 x/q (təxmini)
HAZIRLANMASI:
1- bütün ərzaqlar temizlenmiş halda çəkilir və yuyulur
2- sogan soyulur maşından kecirilir və yağda adi qaydada qızardılır.
3- badımcanın qabığı soyulur və uzunsov formada doğranılır, duzlanılır, acı suyu çıxardılır
4- badımcan yağda qızardılır və maşından keçirilir
5- soganın üzərinə əlavə edilir. Qalan bütün ərzaqlar da maşından keçirilir və hazırladığımiz kütlənin üzərinə əlavə edilir .
6- vam odda bişirilir. tez-tez qarışdirilir ki, dib tutub yanmasın.
7- şüşə bankalar təmiz yuyulur,hazır kütlə bankalara tökülür və qapaqlarğ sadəcə üzərinə qoyulur bağlanılmır
8….45-dəqiqə bankalar qaynar suda qaynadılır və qapaqları bağlanılıb götürülür.
Qeyd:-Kütlənin rəngi deyişdikdv, suyu qalmadıqda və yağını buraxdıqda -bişmiş hesab olunur.
Aylin Aliyevaya resept və şəkil üçün təşəkkür edirik
Leave a Reply