Yazdırma Seçimləri:

Badımcan salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt50 dəq

badımcan salatı

Badımcan salatı hazırlamaq üçün lazım olanlar
 3 ədəd badımcan
 3 ədəd pomidor
 7 ədəd bibər
 1 ədəd sarımsaq
 cəfəri
 zeytun yağ
 duz
Hazırlanma qaydası
1

Salatı hazırlamaq üçün badımcan, pomidor və bibərlər təmiz yuyulur.
Yuyulduqdan sonra üzərindəki suyun qurumasını və ya süzülüb nəmliyinin azalmasını gözləmək lazımdır.
Bundan sonra pomidor, bibər və badımcan közlənilir.
Közləmə zamanı xüsusi ilə badımcanın iç hissələrinin bişməsinə diqqət yetirmək lazımdır.
Ev şəraitində qaz sobası üzərində közləmə ediləcəksə, badımcan və pomidorları çox iri götürməmək lazımdır.
Belə olmadığı təqdirdə, pomidor və xüsusi ilə də badımcanların iç hissələrinin yaxşı bişməməsi problemi ilə üzləşərik.
Pomidor, bibər və badımcan yaxşıca közləndikdən sonra qabıqları təmizlənir.
Qabığı təmizlənən bibər, badımcan və pomidorlar bundan sonra kiçik - kiçik doğranılır.
Tərəvəzləri doğrayıb qurtardıqdan sonra sarımsağı dişlərə ayırırıq.
Onların da qabıqlarını soyuruq.
Qabıqları soyulan sarımsaqları həvəngdəstədə əzirik.
Tərəvəzləri közləyərkən, cəfəriləri ayırtlayırıq və təmiz yuyuruq.
Bundan sonra közləmə bitənə qədər göyərtinin suyunun süzülməsi üçün gözləyirik və yaxud da göyərti qurudan aparat vasitəsi ilə cəfərimizi quruduruq.
Bundan sonra cəfəriləri kiçik - kiçik doğrayırıq.
Bunların hamısı qurtardıqdan sonra doğranmış bibər, pomidor və badımcan közləməsini həvəngdəstədə əzdiyimiz sarımsaqları və kiçik -kiçik doğradığımız cəfəriləri geniş bir qaba boşaldırıq və yaxşıca qarışdırırıq.
Qarışığımızın üzərinə zövqə görə duz əlavə edirik.
Bundan sonra duzladığımız badımcan salatı üzərinə biraz da zeytun yağı gəzdiririk.
Zeytun yağı vurduqdan sonra salatımız servisə hazırdır.
Soyuq olaraq süfrəyə veririk.
Badımcan salatı xüsusi ilə yay aylarında ziyafət süfrələrini bəzəmək üçün rahatlıqla istifadə edilə bilən, insan sağlamlığı cəhətindən xeyirli və vitaminli bir qidadır.

2

Badımcan salatı insan orqanizmi üçün çox xeyirli olmaqla yanaşı, hazırlanması da çox asanddır.
Salatın daha da ləzzətli olması üçün tərəvəzləri közləyərkən manqaldan istifadə etmək məqsədəuyğundur.
Ancaq. manqal olmadıqda da közləmək üçün ev şəraitində qazdan istifadə etmək olar.
Salata vurulan zeytun yağı, həm ləzzətini artırır, həm də salatın tərkibindəki mineral və vitaminlərin insan bədəni tərəfindən mənimsənilməsini asanlaşdırır.

Nuş olsun!