Yazdırma Seçimləri:

Badımcan turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqÜmumi Vaxt40 dəq

badımcan turşusu

Lazım olan ərzaqlar
 xırda nazik badımcan
 sarımsaq
 keşniş
 şüyüd
 nanə
 reyhan
 tərxun
 duz
  sirkəs
Hazırlanma qaydası
1

Göyərti yuyulub, doğranır.
Doğranılmış sarımsağı göyərtiylə qarışdırıb, duz əlavə edilir.
Xırda badımcanlar saplaqdan təmizlənib uzununa yarılır, oraya duz səpilir.
0,5 saat saxlanır, sonra badımcanlar yuyulur.
Suya duz əlavə edib qaynadılır.
Badımcanlar nə bərk, nə yumşaq olmalıdırlar.
Pörtülmüş badımcan aşsüzənə yığılır, üstünə ağır əşya qoyub 3 saat saxlanılır. Hazırlanmış iç badımcanların arasına doldurulur, bidona yığılıb üzərinə sirkə tökülür. Bidonu bağlayıb soyuq yerdə saxlamaq lazımdır. Badımcanlar 1,5 aya yetişir.

Nuş olsun!