Yazdırma Seçimləri:

Bahar gülü

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 5 dəq

Lzaım olan ərzaqlar
 1 stəkan un
 1 ədəd yumurta
 ½ paket vanilin
 75 q otaq temperaturunda marqarin
Içi üçün
 4 ədəd qoz ləpəsi
 1 ədəd alma
 1 çay qayığı darçın
 1 yemək qaşığı şəkər tozu
Bahar gülu şirniyyatının hazırlanma qaydası
1

Un, pudra şəkərini, marqarini, yumurta, vanilini yaxşı –yaxşı yoğurun.
Xəmiri 3 iri kündəyə ayırıb əlinizdə yuvarlayın.
Daha sonra əlinizlə üzərindən basdıraraq yastılayın.
Xəmirləri kənarlarından dartaraq uzadın.
Ayrı bir yerdə rəndələnmiş alma,əzilmiş qoz və darçını qarışdırın.
Ərzaqları xəmirlərin ortasına yığıb xəmirləri üst-üstə yerləşdirin.
Rulon şəklində bükün.
Rulonu ikiyə bölün.
Yağlanmış soba listinə yığın.
Əlinizlə xəmirlərin üstdə qalan kənarlarından çölə doğru bükərək gül forması verın.
Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Isti halda servis edin.

Nuş olsun!