Yazdırma Seçimləri:

Bakı Mütəkkəsi

Verimlilik1 Porsiya

Mütəkkə (rus dilində onu mutaki adlandırırlar) Azərbaycanda çox məşhur olan bir şirniyyatdır.
Novruz bayramı dönəmində çox bişirilir. Mütəkkələri fındıqla birlikdə qoz və badamla da hazırlaya bilərsiniz.

Mutəkkə

Bakı Mütəkkəsi Üçün Lazım Olan Ərzaqlar
 1,50 stəkan un
 100 q kərə yağ
 1 stəkan süd
 1 ədəd yumurta
 1 paket quru maya
 100 q xama
 1 çimdik duz
İçlik Üçün
 şəkərli vanil
 1 stəkan şəkər tozu
 1 stəkan fındıq ləpəsi
 3 ədəd hil
Üzəri Üçün
 şəkər kirşanı
Bakı Mütəkkəsi Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz unu bir kasaya yığın.
✅ Lazım olacaq kərə yağını kasaya yığıb soyuducuya qoyun.
✅ Bakı mütəkkəsi üçün lazım olacaq südü bir stəkana süzün.
✅ Bütəkkə üçün istifadə edəcəyiniz yumurtanı yuyub bir mətbəx dəsmalının üzərinə alın.
✅ Bakı mütəkkəsinin içliyi üçün lazım olacaq fındıq ləpəsini, Kenton şəkərli vanilini, şəkər tozu, şəkər kirşanını və hili ayrı-ayrı kasalara yığın.
✅ İstifadə edəcəyiniz xamanı və duzu ayrıca kasaya yığın.

Bakı Mütəkkəsi Xəmirinin Hazırlanma Qaydası
2

Mutəkkə

✅Unu geniş bir yoğurma qabına ələyin və soyuq yağ parcacıqlarını da unun içərisinə əlavə edin.
✅ Barmaqlarınızla unu yağa kiçik parçacıqlar şəklində qalana kimi yedizdirin.
✅Üzərinə quru mayanı, yuymurtanı , xamanı , südü və duzu da əlavə edərək yumşaq bir xəmir əldə edənə qədər yoğurun.
✅Yoğrulan xəmirin mayalanması üçün üzərini dəsmal və ya streç filmlə örtün.
✅1,5 saat mayalanması üçün gözlədin.

Bakı Mütəkkəsi Üçün İçliyin Hazırlanması
3

✅ Bu arada içliyi hazırlamaq üçün bərabər miqdarda fındıq ləpəsi və şəkər tozuna Kenton şəkərli vanil, çəkilmiş hil əlavə edərək qarışdırın.

Bakı Mütəkkəsinin Hazırlanması
4

✅Mayalanmış xəmiri kündələyin.
✅ Hazırladığınız kündələrdən yuxa yayın.
✅ Yayılan yuxanı 3 künc formada doğrayın.
✅Hazırlanan içi yuxanın enli hissəsinə qoyub mütəkkə formasında bükün.
✅Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
✅180 dərəcə isidilmiş sobada bişirin.
✅Soyuduqdan sonra üzərinə Kenton şəkər kirşanı səpin.

BakıMtəkkəsinin Bişirilməsi
5

✅ Sobanı 190ºC qızdırın.
✅ Soba qabını bişirmə kağızı sərərək hazırlayın.
✅ Sobanın orta hissəsində 20 dəqiqə bişirin.
✅ Sobadan çıxandan sonra qabında soyumağa qoyun.
✅ Tamam soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.

Bakı Mütəkkəsinin Servis Edilməsi
6

Tamamən soyuduqdan sonra çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!