Yazdırma Seçimləri:

Bakı paxlavası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 30 dəq

Azərbaycan milli mətbəxinə məxsus olan Bakı paxlavası Novruz bayramında süfrələrin bəzəyidir. Bu paxlavanın dadına doyum olmur.

bakı paxlavASI

Bakı Paxlavası Üçün Lazım Olan Ərzaqlar
 1,50 stəkan un
 100 q kərə yağı
 1 stəkan süd
 1 ədəd yumurta
 1 paket quru maya
 100 q xama
 1 çimdik duz
Bakı Paxlavasının Şərbəti Üçün
 1 stəkan şəkər tozu
 1 stəkan su
 0,50 ədəd limon
Bakı Paxlavasının İçliyi Üçün
 1 paket Kenton şəkərli vanilin
 1 stəkan qoz ləpəsi
 1 stəkan şəkər tozu
 3 ədəd hil
Bakı Paxlavasının Üzəri Üçün
 qoz ləpəsi
 yumurta sarısı
Paxlavanın Ərzaqlarının Yığılması
1

♦️Paxlava üçün lazım olacaq qədər unu br qaba ələyin.
♦️ Südü bir stəkana süzün.
♦️ Quru mayanı kiçik kasaya yığın.
♦️Lazım olan duzu da kasaya yığın.
♦️İstifadə ediləcək kərə yağını bir kasaya ylğın.
♦️İstifadə edəcəyiniz yumurtanı yuyun.
♦️Lazım olacaq qədər şəkər tozunu bir kasaya yığın.
♦️Lazım olan suyu bir stəkana süzün.
♦️limon suyunu bir stəkana sıxın.
♦️Qoz ləpəsini, hili də ayrı -ayrı qablara yığın.
♦️Şəkərli vanilini bir kasaya qoyun.

Paxlava Xəmirinin Hazırlanması
2

BAKI PAXLAVASI

♦️Unu yoğurma qabına ələyin.
♦️Ələdiyiniz unun ortasına oyuq açın.
♦️Unun içərisinə yumurtanı sındırın.
♦️Quru mayanı və duzu da da unun üzərinə əlavə edin.
♦️Xama , kərə yağı və südü də da una əlavə edib qarışdırın.
♦️Bunların hamısını qarışdıraraq xəmir yoğurun.
♦️Ələ yapışmayan bir xəmir əldə edənə qədər xəmiri yoğurun.
♦️Xəmir ələ yapışmayandan sonra üzərinə strec film çəkərək 1.5 saata yaxın mayalanmağa qoyun.

İçliyin Hazırlanması
3

♦️ Qoz ləpəsini üyüdün.
♦️ Hili üyüdün.
♦️Üyüdülmüş qoz ləpəsini və şəkər tozu, üyüdülmüş hil, Kenton şəkərli vanilini də əlavə edib bir qaşıqla qarışdırın.

Şərbətin Hazırlanması
4

♦️Suyu qaynamağa qoyun.
♦️Su qaynayan zaman içərisinə şəkər tozunu əlavə edib qarışdırın.
♦️Qarışdırın ki, şəkər tamamən ərisin və qazanın altına yapışmasın.
♦️Şərbət qatılaşan zaman üzərinə limon suyu sıxın.

Paxlavanın hazırlanması
5

BAKI PAXLAVASI

♦️Mayalanmış xəmiri dəzgahın üzərinə alıb kündələrə ayırın.
♦️Əlinizlə ovxalayaraq oval şəkli verin ki, yayanda səliqəli olsun.
♦️Dəzgahın üzərinə un səpərək kündəni yayın.
♦️8-10 ədəd yuxa yayılacaqdır.
♦️Kündənin ikisini bir az böyük etmək lazımdır ki, birini paxlavanın altına, o birisini isə üstə salmaq lazım olacaqdır.
♦️Bu iki kündəni eyni zamanda azca qalın yaymaq lazımdır.
♦️Paxlavanı bişirəcəyiniz qəlibi yağlayın.
♦️Yaymış olduğunuz yuxanı qəlibin içərisinə yerləşdirin və artıqlarını kənarlarına çıxardıb kəsin.
♦️Çalışmaq lazımdır ki, yuxalar nazik olsunlar.
♦️Yuxanın üzərini yağlayıb o biri yuxanı qəlibə sərin.
♦️İkinci yuxadan sonra isə hazır içliyi bərabər qaydada yuxaların üzərinə yayın.
♦️Yenidən yuxanı qoyub yağlayın.
♦️Axırıncı yuxanı qalın yayıb qəlibə yayın və artığını kəsin.

Paxlavanın Doğranma Qaydası
6

♦️Hazır paxlavanı romb şəklində doğrayın.
♦️Üzərinə yumurta sarısı çəkin.
♦️Qoz ləpəsini də dilimlərin üzərinə yerləşdirin.

Paxlavanın Bişirilməsi
7

♦️Sobanı əvvəlcədən 180-200 dərəcəyə yaxın qızdırın.
♦️Hazır paxlavanı sobada 35-50 dəqiqə arası bişirə bilərsiniz.
♦️Zəfəranı bir kənarda dəmləyin və şərbətə qatın.
♦️Hazır olmağa 15 dəqiqə qalmış sobadan çıxardıb kəsilmış hissələri yenidən kəsin.
♦️Kərə yağını əridib paxlavanın üzərinə əlavə edin.
♦️İsti olanda yağı tamamən soracaq və yağ sobada ətrafa dağılmayacaq.
♦️Yenidən sobada bişirin.
♦️Sonra sobadan çıxardaraq soyumuş şərbəti üzərinə əlavə edin.

Paxlavanın Servis Edilməsi
8

Paxlava şirəni sorduqdan sonra dilimləyərək çayla birlikdə servis edə bilərsiniz.

Nuş olsun!