Yazdırma Seçimləri:

Bakı Vineqredi

Verimlilik4 PorsiyonHazırlanma Müddəti30 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt50 dəq

Bakı vineqredi insan sağlamlığı üçün lazım olan vitamin, mineral və liflərlə son dərəcə zəngin bir salat növüdür. Hazırlanması çox sadə olan bakı vineqredi salatı, faydalı olmaqla birlikdə çox ləzzətlidir və süfrələrin bəzəyidir.

Bakı vineqredi

Bakı Vineqredi Hazırlamaq Üçün Lazım Olan Ərzaqlar
 600 q kartof
 4 ədəd çuğundur
 2 ədəd kök
 200 q xiyar turşusu
 2 ədəd baş soğan
 200 q kələm turşusu
 200 q qırmızı lobya
 40 q cəfəri
 5 yemək qaşığı bitki yağı
 duz
 istiot
Bakı Vineqredi Üçün Ərzaqların Bişirilməsi
1

✅ Qırmızı lobya əvvəlcədən suda uzun müddət isladılır
✅ Suda yaxşıca islanıb şişən qırmızı lobyalar qaynadılıb bişirilir
✅ Kartof, çuğundur, yerkökü yuyulur və bir qazanda bişirilir.

Bakı Vineqredi Üçün Ərzaqların Doğranması
2

✅ Bişən ərzaqların (kartof, çuğundur, yerkökü) bişdikdən sonra qabıqları soyulur
✅ Soyduğumuz ərzaqlar kub formasında doğranır.
✅ Xiyar turşusu da kub formasında doğranır.
✅ Vineqredə vurulacaq göyərtilər yaxşıca yuyulur və kiçik - kiçik doğranır.
✅ Soğan da kiçik ölçüdə doğranır
✅ Kələm turşusunun suyu sıxılır və maksimum susuz olmağına çalışılır.
✅ Suyu alınan kələm turşusu turşusu da kiçik - kiçik doğranır.

Bakı Vineqredinin Hazırlanma Qaydası
3

✅ Bütün məhsullar doğranıb qurtardıqdan sonra kartof, çuğundur, yerkökü, xiyar turşusu, doğranmış göyərti, soğan, kəlvm turşusu, qırmızı lobya - bir - birinə yaxşıca qarışdırılır.
✅ Salata duz və əzilmiş istiot əlavə edilir.
✅ Vineqredə biraz bitki yağı əlavə edilir və yaxşıca qarışdırılır.
✅ Yağ da qarışdırıldıqdan sonra Bakı vineqredi süfrəyə verilmək üçün hazırdır.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 4