Yazdırma Seçimləri:

Balıq Ləvəngisi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 10 dəq

Azərbaycanın cənub bölgəsinin ən məşhur yeməyi ləvəngidir. Bu bölgədə ləvənginin müxtəlif növləri hazırlanır. Balıqdan, toyuqdan, çöl quşundan hazırlanan dadlı ləvəngi qonaqların da çox xoşladığı təamlardandır. Lənkəranın balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir. Ən ləzzətli ləvəngi yalnız Xəzər dənizində ovlanan kütüm balığından bişirilir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir. Yeməyin hazırlanması heç də çətin deyil , əsas odur ki, təzə balıqdan istifadə edəsiniz. Əgər balığın kürüsü varsa, onu atmayın. Ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürünü qoz və digər ərzaqlara əlavə edib qarışdırın. Qozun miqdarını bir az azaldın.
Ləvəngi balığın yanında süfrəyə bütün balıq yeməklərində olduğu kimi, mütləq narşərab verilir.

🐟 Balıq Ləvəngisi Üçün Lazım Olan Ərzaqlar
 250 q qoz ləpəsi
 4 ədəd soğan
 2 yemək qaşığı nar və ya alça turşusu
 1 çay qayığı duz
 ½ çay qayığı istiot
 1 çay qayığı şəkər tozu
🐟 Balığın Üzəri Üçün Lazım Olan Ərzaqlar
 2 yemək qaşığı alça turşusu
 1 çay qayığı duz
 ½ çay qayığı istiot
🐟 Balıq Ləvəngisi Üçün Ərzaqların Yığılması
1

✅ Balıq ləvəngisi üçün istifadə edəcəyiniz kütüm balığının pulcuqlarını təmizlədikdən sonra suyla yaxşıca yuyun.
✅ Yuyub təmizlədiyiniz balığın suyunu süzülməyə qoyun.
✅ Ləvəngiyə vurmaq üçün lazım olan duzu kiçik bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz şəkər tozunu kiçik kasaya yığın.
✅ İstifadə edə biləcəyiniz alça turşusunu da bir kasaya yığın.
✅ Ləvəngiyi servis edərkən istifadə edəcəyiniz narşərabını bir stəkana süzün.
✅ İstifadə edəcəyiniz soğanı soyub kasaya yığın.
✅ Ləvəngi üçün istifadə edə biləcəyiniz qoz ləpəsini təmizləyib kasaya yığın.
✅ Ləvəngiyə vurmnaq üçün istifadə edəcəyiniz sumağı da bir kasaya yığın.

🐟 Balıq Ləvəngisinin Hazırlanması
2

balıq ləvəngisi

✅ Ləvəngi bişirmək üçün hazırladığınız balığın bir neçə yerindən biçaqla deşin.
✅ İstifadə edəcəyiniz soğanları ət maşınında çəkib suyunu süzmək üçün 4-5 qat tənzifin içərisinə töküb möhkəm sıxın.
✅ Qoz ləpəsini də ət maşınından keçirdin.
✅ Qoz ləpəsi, soğan, turşu, duz , istiot , şəkər tozu və sumağı qataraq yaxşıca qarışdırın.
✅ Balığın hər tərəfinə turşu , duz və istiot vuraraq bir az dincə qoyun.
✅ Hazırlamış olduğunuz içliyi balığın içərisinə doldurun və balığın qarnını tikin.
✅ ləvəngini folqa kağızına bükün.

🐟 Balıq Ləvəngisinin Bişirilməsi
3

✅ Sobanı əvvəlcədən qızdırın.
✅ 140-180 dərəcə istiliyi olan sobada 30-40 dəqiqə ərzində bişirin.
✅ 40 dəqiqədən sonra balığın üzərindən folqanı çıxardaraq daha 5 dəqiqə bişirin.
✅ Ləvəngi bişdikdən sonra iri bir boşqaba yerləşdirin .

🐟 Balıq Ləvəngisinin Servis Edilməsi
4

ləvəngi

Üzərini zövqünüzə uyğun və yaxud da limon və cəfəri ilə bəzədikdən sonra süfrəyə verin.
Bütün balıq yeməklərində olduğu kimi ləvəngini süfrəyə verən zaman mütləq yanında narşərabı vermək lazımdır.
Servis edərkən nar dənələrindən də istifadə edərək bəzəyə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya Miqdarı 8