Yazdırma Seçimləri:

Ballı Badamlı Unsuz Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt45 dəq

Son dövrlər sağlam həyat tərzi çox narahatlıq yaradır.
Söhbət sağlam qidalanma olduğunda yediyiniz qidaların kalori dəyərlərinin nə qədər faydalı olması da böyük əhəmiyyət daşıyır. Sizlərə təqdim etdiyimiz reseptin faydalı olmasına səbəb un, yağ, şəkər tozunun olmamasıdır.
Xüsusilə, bu resepti çay süfrəsində az kalorili bir şirniyyat axtaranlara tövsiyyə edərdik.
Heç vaxt itirmədən keksi hazırlamağa başlayın.

Badamlı-unsuz-keks

👉Ballı Badamlı Unsuz Keks Üçün Lazım Olan Ərzaqlar
 1,50 stəkan qovrulmuş badam ləpəsi
 4 ədəd otaq temperaturunda yumurta (sarısı və ağı ayrılmış şəkildə)
 0,50 stəkan bal
 1 paket vanil
 1 paket qabartma tozu
 ½ çay qayığı duz
👉Ballı Badamlı Unsuz Keksin Üzəri Üçün
 2 yemək qaşığı bal
 ½ stəkan çəkilmiş badam ləpəsi
🥧Ballı Badamlı Unsuz Keks Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə ediləcək badamı bir kasaya alın.
✅ Keks üçün istifadə ediləcək yumurtanıyuyub bir qaba qoyun.
✅ Lazım olacaq qədər balı kasaya yığın.
✅ Vanilini bir kiçik kasaya alın.
✅ Qabartma tozunu bir kasaya alın.
✅ Lazım ola biləcək qədər duzu kiçi bir kasaya alın.

👉Ballı Badamlı Unsuz Keks Üçün Ərzaqların Hazırlama Qaydası
2

✅ Badamı qovurun.
✅ Ayrı bir qabda isə yumurtanı sındırıb ağını sarısından ayırın.
✅ Yumurtanın ağını bir qaba yığın.
✅ Mikser qabına yumurta sarısını, balı, vanilini, qabartma tozunu,duzu alın.

👉Ballı Badamlı Unsuz Keks Xəmirinin Hazırlama Qaydası
3

V

✅ Əvvəl 1,5 stəkan qovrulmuş badamı blenderdən keçirdin .
✅ Ayrı bir qabda 4 ədəd yumurtanın sarısını, 1/2 stəkan balı, vanil, qabartma tozunu və duzu mikser köməyi ilə yaxşıca çırpın.
✅ Çəkilmiş badamı bu qarışığa əlavə edib mikserlə qarışdırmağa davam edin.
✅ Ayırdığınız 4 ədəd yumurta ağlarını geniş bir qabda 1-2 dəqiqə ərzində mikserin yardımı ilə çırpın.
✅ Köpürən yumurta ağlarını da qarışığa əlavə edib bir taxta qaşıq köməyi ilə altdan üstə doğru qarışdırın.

👉Ballı Badamlı Unsuz Keksin Bişirmə Qaydası
4

Badamlı-unsuz-keks

✅ Keks bişirəcəyiniz soba sinisinə yağlı kağız sərin.
✅ Hazırladığınız xəmiri yağlı kağız sərilmiş keks qəlibinə töküb yayın.
✅ Sobanı əvvəlcədən 200 dərəcəyə yaxın qızdırın.
✅ Sobada təxminən 25 dəqiqə bişirin.
✅ Bişən keksin rəngi qəhvəyi olacaqdır.
✅ Hazır keksi sobadan çıxardın.
✅ Bişirdiyiniz keksi qəlibdən çıxardıb 10 dəqiqə soyudun.

👉Servis Edilmə Qaydası
5

✅ Keksin üzərinə bal yaxıb badamla bəzəyin.
✅ Arzunuza görə bəzəyib servis edə bilərsiniz.

🛑Qeyd!
6

✅ Son dövrlər sağlam həyat tərzi çox narahatlıq yaradır.
✅ Söhbət sağlam qidalanma olduğunda yediyiniz qidaların kalori dəyərlərinin nə qədər faydalı olması da böyük əhəmiyyət daşıyır.
✅ Bal və badam ilə dadlandırılan faydalı bir keks bişirə bilərsiniz.
✅ Bu keksin faydalılı olmasına səbəb un, yağ və şəkər tozu istifadə edilməməsidir.
✅ Xüsusilə, çay süfrəsində az kalorili bir şirniyyat axtaranlara tövsiyyə edərdik.

Nuş Olsun!