Yazdırma Seçimləri:

Marlenka(Dünya Mətbəxi)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı1 saat 20 dəqÜmumi Vaxt2 saat 20 dəq

Marlenka

Lazım Olan Ərzaqlar
 200 q şəkər
 520 q un
 2 ədəd yumurta
 55 q kərə yağı
 2 yemək qaşığı bal
 1 paket qabartma tozu
Qatılaşdırılmış Süd Üçün
 1200 q yağlı süd
 200 q şəkər
Kremi Üçün
 300 q qatılaşdırılmış süd
 3 ədəd yumurta
 2 yemək qaşığı bal
 55 q kərə yağı
Bəzəmək Üçün
 400 q fındıq ləpəsi
Ərzaqların Yığılması
1

✅Yumurtanı yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Unu qarışdırma qabına ələyin.
✅Kərə yağını kasaya yığın.
✅lazım olan şəkər tozunu kasaya yığın.
✅Südü stəkana süzün.

Xəmirin Hazırlanması
2

✅ Yumurta və şəkəri çırparaq yumurtanı qabardın.
✅ Boş bir qazanın içərisinə su qoyaraq ocağa qoyun.
✅ İstiyə davamlı və içi su dolu qazanın içərisinə rahatça oturacaq bir qab hazırlayın.
✅ Bu metoddan istifadə edərək kərə yağını birbaşa istiyə təmas etmədən əridin.
✅ Əriyən kərə yağının içərisinə un və qabartma tozu xariç qalan ərzaqları əlavə edərək qarışdırın.
✅ Qarışıq ələ yapışmayan bir hala geldiyi zaman yumurta və şəkərli qarışığı da əlavə edərək mikser yardımı ilə çırpın.
✅ Qarışım ilk həcminin iki qatına çıxdığı zaman, ıstiyi kəsin.
✅ Unu qarışıma yaxşıca yedirdərək həddindən çox çırpmadan taxta qaşıqla qarışdırın.
✅ Qat- qat bir tort olduğu üçün hər bir qatı ayrı- ayrı bişirmək ən sadə bir metod olacaqdır.

Keksin Bişirilməsi
3

✅ Qat- qat bir tort olduğu üçün hər bir qatı ayrı- ayrı bişirmək ən sadə bir metod olacaqdır.
✅ Soba sinisinə yağlı kağız sərin.
✅ 1,5 çömçə xəmirdən tökərək eyni və incə bir təbəqə halında yayın.
✅ Əvvəlcədən 165 dərəcə qızdırılmış sobada 5-6 dəqiqə bişirin.
✅ Xəmir bitənə qədər bunu7-8 dəfə təkrarlayın.
✅ Yuvarlaq bir qəlib yardımı ilə düzgüncə kəsin.
✅ Keks qatlarınız hazır!
✅ Keks qatlarını fansız proqramda bişirməniz incə təbəqələrin dağılmasının qarşısını alacaqdır

Qatı Südün Hazırlanması
4

✅ Südü orta atəşdə qaynadın.
✅ Hər qaynayanda üzərinə yığılan tortanı alaraq bu işləmi 2 saata yaxın davam edin.
✅ Süd miqdarı azaldıqca taşım sürəsi qısalacaqdır.
✅ 300 qr süd qalana qədər davam edin (Göz qərarı 1+1,5 su stəkanı).
✅ Daha sonra ocaqdan alıb içərisində qalanı süzgəcdən süzün.
✅ Süzdüynüz südün içərisində ölçdüyünüz şəkərinizi əridin və təkrar ocağa alın.
✅ Qaynayınca ocaqdan alıb soyudun.
✅ Südünüz bu metodla qatılaşacaqdır.

Kreminin Hazırlanması
5

✅ Kərə yağını əridib , soyudun.
✅ Kərə yağı xaric bütün ərzaqları geniş bir qabın içərisində çırpın və ən son kərə yağını əlavə edib çırpın.
✅ Krem qatılaşdığı zaman soyuması və hazır hala gəlməsi üçün soyuducuya qoyun

Tortun Hazırlanması
6

✅ Qat qat hazırladığımız keksin ilk qatına incə bir təbəqə krem ilə yağlayın və üzərinə narın əzilmiş fındıq əlavə edib diğər qata keçin.
✅ Keks qatlarınız bitənə qədər davam edin.
✅ Ən üst qata krem sürtün və üzərini fındıq ilə qapadın.
✅ İstəsəniz bəzəyən zaman damla şokolad və yaxud da qoz istifadə edə bilərsiniz.
✅ Servis edərkən təzə meyvələrlə servis tabağını süsləyə bilərisiniz.

Nuş Olsun!