Yazdırma Seçimləri:

Ballı Tort

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt40 dəq

Ballı tort

Lazım Olan Ərzaqlar
 4 yemək qaşığı bal
 150 q şəkər tozu
 2 yemək qaşığı kərə yağı
 3 ədəd yumurta
 1 çimdik soda
 425 q un
Araları Üçün Krem
 1 paket labne pendiri
 225 q şəkər pudrası
 400 ml süd kremi
Üzəri Üçün
 çiyələk
 böyürtkən
Hazırlanma Qaydası
1

✅ Orta boy qazana bal, şəkər və kərə yağı qoyun.
✅ Vam xodda aradabir şəkər əriyənə qədər 5-7 dəqiqə çırparaq əridin.
✅ Şəkər əriyər- əriməz ocaqdan alıb hələ isti olduğu halda çırpılmış yumurtaları əlavə edin.
✅ Burada yumurtaları qarışığa əlavə etmək çox önəmlidir.
✅ Az-az, yavaş- yavaş incə bir şəkildə davamlı tökərək yumurtalar tamamən qarışıma qatılana qədər sürətli qarışdırın.
✅ Sodanı əlavə edib qarışdırın.
✅ Unu 4-5 dəfədə şpatula ilə qarışdırmaqla yavaş-yavaş əlavə edib yoğurun.
✅ Ələ yapışmayan bir xəmir yoğurun və 8 bərabər parçaya ayırın.
✅ Dəzgahı yaxşıca unlayın və hər bir kündəni 23-25 sm-lik bir dairə böyüklüyündə açın.
✅ 23 sm-lik bir qazan qapağı ilə daima kəsin.
✅ Hər dəfə 2 qat olmaq üzrə bişirmə kağızı sərilmiş soba sinisinə qoyun və əvvəlcədən
✅175 dərəcə qızdırılmış sobada 4-5 dəqiqə nar kimi qızarana qədər bişirin.
✅ Qazan qapağı ilə kəsiləndə çıxan parçaları da sobaya qoyub bişirin soyuduqdan sonra mətbəx robortundan keçirdin (sonda tortun üstünü onunla örtəcəyik).
✅ Çox tez bişdiyi üçün yanmamasına diqqət etmək lazımdır.
✅ Bütün parçalar bişdikdən sonra aralarına krem qoyun.
✅ Südlü krem qatılaşana qədər çırpın.
✅ Başqa bir kasada labne pendirini və şəkər pudrasını birlikdə çırparaq daha əvvəlcədən çırpılan südlü kremə qataraq xüsusi bir hal alana qədər qarışdırın.
✅ Düz bir tabağa tortun bir qatını qoyun və üzərinə bol krem yaxaraq hər tərəfini qapadın.
✅ İkinci qatı da onun üzərinə qoyaraq krema ilə qapadın və bütün qatlar bitənə qədər bu işləri davam edin.
✅ Biskivit qatları kremi çəkəcəyi üçün aralarına qoyduğunuz kremi bir az çox qoyun.
✅ Bütün qatlarını kremlədikdən sonra yerdə qalan kremi də tortun üzərini qapadın.
✅Üzərinə və yanlarına mətbəx robortundan keçirtdiyiniz qırıntıları səpin və bir gecə üzəri qapalı olaraq soyuducuda saxlayın.
✅ Arzuya görə təzə meyvə(çiyələk, böyürtkən) ilə birlikdə servis edin.

Nuş Olsun!