Yazdırma Seçimləri:

Balqabaq qutabı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

Lazım olan ərzaqlar
 1 kq balqabaq
 100 q nar dənəsi
 400 q un
 4 ədəd soğan
 ərimiş kərə yağı
 duz
 darçın
Hazırlanma qaydası
1

Balqabaq qutabı hazırlamaq üçün əvvəlcə balqabaq soyulur, sonra kiçik-kiçik doğranılır.
Sonra bir dayaz qazanda bu doğranan balqabaqların üstünə 0.5 stəkan su tökülüb qapağı örtülərək öz buğunda bişirilir.
Soğanlar kiçik-kiçik doğranılır, ayrıca yağda qızardılaraq balqabağa qatılır.
Bunlara duz, darçın və nar vurularaq yenidən qarışdırılır.
Balqabaq qutabının xəmirini hazırlamaq üçün un ələnir.
Ələnmiş una su və duz qatılıb xəmir yoğrulur.
Bu xəmir bərk olmalıdır.
Sonra xəmir 1 mm qalınlığında yuxa halında yayılır, kasa ağzı boyda dairələr kəsilir.
Həmin dairələrin bir tərəfinə hazırlanmış balqabaq qoyulub, nar dənələri səpilir, aypara şəkilində bükülür və kənarları qatlanır.
Sacda, sobada və ya da tavada hər iki üzü qızardılır.
Balqabaqlı qutab süfrəyə verilərkən üzərinə əridilmiş yağ sürülür.
İsti-isti servis etmək lazımdır.

Nuş olsun!