Yazdırma Seçimləri:

Balqabaq şirniyyatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti3 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt3 dəq

Balqabaq şirniyyatı

Lazım olan ərzaqlar
 2 kq balqabaq
 1,50 stəkan şəkər tozu
 1 stəkan döyülmüş qoz
Hazırlanma qaydası
1

Qabağı incə-incə dilimlədikdən sonra soyub çəyirdəklərini çıxardın.
Yuyandan sonra 2-3 barmaq genişliyində istədiyiniz uzunluqda dilimləyin.
Böyük bir qazanda qabaqların aralarına şəkər tozu səpərək qat-qat düzün.
Ya bir gecə, ya da ki , 2-3 saat ağzı bağlı saxlayın.
Bu gözləmə sırasında qabaqlar su salacaqdır.
Ona görə də ayrı suya ehtiyac yoxdur.
Gözlədilən qabaqları vam odda yumşalana qədər bişirin.
Qabaqların şərbəti qatılaşsın deyə bir az da ağzı açıq bişirin.
Soyuduqdan sonra servis tabağına alın və üzərinə qoz səpib servis edin.
Balqabaq şirniyyatı bu şəkildə sobada da bişirəndə eyni tam alınır.

Nuş olsun!