Yazdırma Seçimləri:

Balqabaqlı bulğur plovu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 5 dəq

balqabaq plovu

Lazım olan ərzaqlar
 1 stəkan küp doğranmış balqabaq
 2 stəkan plovluq bulğur
 3 stəkan su
 1 ədəd orta boy quru soğan
 3 yemək qaşığı duru yağ
 2 yemək qaşığı marqarin
 duz
Hazırlanma qaydası
1

balqabaq plovu

Çox incə doğranmış soğanı əritdiyiniz duru yağda azca qovurun.
Ardından marqarini əlavə edin.
Bir az qovrulduqdan sonra balqabaqları əlavə edin.
6 dəqiqə sonra yuyulub suyu süzülmüş bulğurları əlavə edin.
3-4 dəqiqə qovurub suyunu və duzunu əlavə edin.
Qaynayınca altını azaldın.
Bulğurlar suyunu çəkənə qədər bişirin.
İsti-isti servis edin.

Nuş olsun!