Yazdırma Seçimləri:

Balqabaqlı kremli keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt55 dəq

Balqabaqlı kremli keks

Lazım olan ərzaqlar
 2 ədəd yumurta
 1,50 stəkan şəkər tozu
 1 stəkan zeytun yağı
 1 stəkan balqabaq rəndəsi
 ½ ədəd portağal qabığı rəndəsi
 2 stəkan pəhriz un
 1 paket qabartma tozu
 2 çay qayığı darçın
 1 stəkan əzilmiş qoz
Kremi üçün
 2 stəkan süd
 3 yemək qaşığı şəkər tozu
 3 yemək qaşığı un
 1 çay qayığı kərə yağı
 1 paket vanilin
 1 paket krem şanti
 3 ədəd banan
Bəzək üçün
 nar dənələri
Kremin hazırlanma qaydası
1

Əvvəlcə kremi hazırlayın.
Un və şəkəri bir qazana alıb qarışdırın.
Südü əlavə edib çırpın.
Ocağın altını yandırın.
Qaynamağa başlayana kimi qarışdırın.
Qaynamağa başlayan kimi kərə yağı və vanilini əlavə edin.
Bundan sonra ocağı söndürün.
Sərin bir yerdə soyumağa qoyun .
Ara- sıra qarışdırın ki, üzəri qabıq bağlamasın.
26 sm- lik tort qəlibını kərə yağıyla yağlayıb unlayın.

Keks üçün
2

Yumurta və şəkəri köpük -köpük olub ağarana qədər çırpın. Zeytunyağı, balqabaq rəndəsi və portağal qabığı rəndəsini əlavə edib yüngülcə qarışdırın.
Ələnmiş un və qabartma tozunu da əlavə edin.
Normal keks xəmirindən daha qatı olmalıdır.
Son olaraq darçın və əzilmiş qozu əlavə edib qarışdırın.
Yağlanıb unlanmış tort qəlibinə xəmiri töküb yayın.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada keksi 20-25 dəqiqəyə yaxın bişirin.
Qəlibi nəm bir bezin üzərinə qoyub 20-25 dəqiqə gözlədin.
Keksi qəlibdən çıxardıb düz bir servis tabağına alın.
Üzərinə 2 və ya 3 ədət bananı dilimləyib düzün.
Soyumaya burxdığınız krein içinə bir paket krem şantiyi töküb yenidən çırpın.
Qatı olarsa yarım çay stəkanı süd əlavə edin.
Kremi banan dilimlərinin üzərinə töküb yayın.
İstədiyiniz şəkildə bəzəyin.
Heç gözlətmədən servis edə bilərsiniz.
Bu tərifin keks hissəsində də pəhriz un işlədə bilərsiniz

Nuş olsun!