Yazdırma Seçimləri:

Balqabaqlı paxlava

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 5 dəq

Balqabaqlı paxlava

Lazım olan ərzaqlar
 12 ədəd paxlavalıq yuxa
 200 q kərə yağı
İçlik üçün lazım olan ərzaqlar
 2 ədəd (dilim) təmizlənmiş və rəndələnmiş balqabaq
 250 q döyülmüş qoz
Şərbəti üçün
 2 stəkan su
 2 damla limon suyu
 2 stəkan şəkər tozu
Bəzəmək üçün
 toz fıstıq
Hazırlanma qaydası
1

Balqabağı və qozu qarışdırıb bir kənara qoyun.
Yuxaları üst –üstə yerləşdirib 10x10 sm-lik kvadrat halında kəsin.
Bir parça yuxanıın üçbucaq tərəfinə 2 şirniyyat qaşığı balqabaqlı içdən qoyup, diğər üçbucaq kənarı üzərinə örtün.
Qalan yuxaları da eyni ilə hazırlayıb fırın sinisinə düzün.
Üzərinə əridilmiş kərə yağı gəzdirib , əvvəlcədən 160 dərəcə qızdırılmış sobada qızarana qədər bişməyə qoyun.

Şərbətin hazırlanması
2

Su və toz şəkəri qaynadın.
Ocaqdan almaya yaxın limon suyu töküb ocaqdan qaldırın və soyumağa qoyun.
İsti balqabaqlı paxlavanın üzərinə ilıq şərbəti gəzdirin.
5-10 dəqiqə dincə qoyub, sonra toz fıstıq ilə bəzəyərək servis edin.

Nuş olsun!