Yazdırma Seçimləri:

Balqabaqlı rulet (boranılı rulet)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 10 dəq

Balqabaqlı rulet

İç xərcı üçün lazım olan ərzaqlar
 300 q doğranmış boranı
 2 stəkan şəkər tozu
 1 stəkan su
 6 ədəd mixək
 1 yemək qaşığı kərə yağı
Xəmiri üçün
 5 ədəd yumurta
 şəkər tozu
  un
 1 çimdik soda
Hazırlama qaydası
1

Balqabaqlı rulet

Doğranmış boranı,toz şəkər,mixək və suyu bir qazana alıb boranılar bişənə qədər orta atəşdə bişirin.
Boranılar bişdikdən sonra başqa qaba yığıb soyumağa qoyun.
Yumurta və toz şəkəri mikserlə çırpın.
Sonra soda və un da əlavə edib qarışdırmağa davam edin.
Tam qarışdıqdan sonra xəmiri yağlanıb unlanmış soba listinə tökun.
180 dərəcə qızdırılmış sobada bişirin.
Sonra sinidən çıxarıb təkrar çevirərək isti-isti rulet kimi sarıyın.
Bir az soyuduqdan sonra açıb kərə yağıyla yağlayın.
Boranılı ərzaqları qalın təbəqə halında surtərək yenidən rulet kimi bükün.
Sonunda üzərinə pudra şəkəri ələyin.
Artıq balqabaqlı ruletimiz servis edilməyə hazırdır.

Nuş olsun!