Yazdırma Seçimləri:

Balqabaqlı turta

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 35 dəq

Balqabaqlı turta üçün lazım olan ərzaqlar
 150 q kərə yağı
 50 q şəkər kirşanı
 1 ədəd yumurta
 250 q un
 25 q çəkilmiş badam
 ½ ədəd sürtkəcdən keçirilmiş limon qabığı
 2 yemək qaşığı soyuq su
İçi üçün
 2 ədəd yumurta
 200 q şəkər tozu
 1 yemək qaşığı bəkməz
 0,50 çay qayığı zəncəfil
 hind qozu
 450 q balqabaq
 1 çimdik mixək
 375 ml süd
 250 ml krema
Bəzəmək üçün
 12 ədəd hazır beze
Hazırlanma qaydası
1

Kərə yağı, pudra şəkəri,yumurta, ələnmiş unu, çəkilmiş badamı,rəndələnmiş limon qabığını, suyu böyük bir qabda qarışdırıb yoğurun.
Xəmiri 30 dəqiqəyə yaxın dincə qoyun.
Xəmiri un səpilmiş dəzgahın üzərində 30 sm böyüklüyündə açıb 26 sm böyüklüyündə bir tart qəlibinə yerləşdirin.
Balqabağı şəkərin yarısı və bir çimdik mixəklə bişirin.

İçliyin hazırlanması
2

Yumurtaları qalan şəkərlə çırpın.
Bişmiş balqabağı, çırpılmış yumurtanı və südü mikserlə yenidən çırpın.
Püre halına gələn qarışıma krema, bəkməz, zəncəfil, hind qozu və darçını əlavə edərək bir neçə dəfə yenidən qarışdırın.
İç üçün olan ərzaqları xəmirin üzərinə yayın.
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.
Bişdikdən sonra sobadan çıxardaraq soyumağa qoyun.
Soyuduqdan sonra turtanın üzərini beze ilə süsləyin.
İlıq halda servis edin.

Nuş olsun!