Yazdırma Seçimləri:

Balqabaqlı Turta

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 35 dəq

🥧Balqabaqlı Turta Üçün Lazım Olan Ərzaqlar
 150 q kərə yağı
 50 q şəkər kirşanı
 1 ədəd yumurta
 250 q un
 25 q çəkilmiş badam
 ½ ədəd sürtkəcdən keçirilmiş limon qabığı
 2 yemək qaşığı soyuq su
🥧İçlik Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd yumurta
 200 q şəkər tozu
 1 yemək qaşığı bəkməz
 0,50 çay qayığı zəncəfil
 hind qozu
 450 q balqabaq
 1 çimdik mixək
 375 ml süd
 250 ml krema
🥧Bəzəmək Üçün Lazım Olan Ərzaqlar
 12 ədəd hazır beze
🥧Balqabaqlı Turta Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz kərə yağını, şəkər pudrasını ayrıca kasalara yığın.
✅ İstifadə edəcəyiniz yumurtanı , limonu yuyub mətbəx dəsmalının üzərinə alın.
✅Tart üçün istifadə edəcəyiniz unu bir qaba yığın.
✅ İstifadə edəcəyiniz badamı təmizləyib kasaya yığın.
✅ İstifadə edəcəyiniz suyu bir stəkana süzün.
✅ İstifadə edəcəyiniz bəkməzi, zəncəfili, qaymağı, hind qozunu, darçını ayrıca kasalara yığın.
✅ İstifadə edəcəyiniz balqabağı təmizləyib kasaya yığın.

🥧 Turta Ərzaqlarının Hazırlanma Qaydası
2

✅Yumurtaları bir kasaya sındırın.
✅ Unu yoğurma qabına ələyin.
✅ Limonun qabığını rəndələyin.
✅ Balqabağı doğrayın.

🥧 Balqabaqlı Turtanın İçliyinin Hazırlanması Hazırlanması
3

✅Yumurtaları şəkərlə çırpın.
✅ Balqabağı şəkərin yarısı və bir çimdik mixəklə bişirin.
✅Bişmiş balqabağı, çırpılmış yumurtanı və südü mikserlə yenidən çırpın.
✅Püre halına gələn qarışıma qaymaq, bəkməz, zəncəfil, hind qozu və darçını əlavə edərək bir neçə dəfə yenidən qarışdırın.

🥧 Balqabaqlı Turta Xəmirinin Hazırlanması
4

✅Kərə yağı, pudra şəkəri,yumurta, ələnmiş unu, çəkilmiş badamı,rəndələnmiş limon qabığını, suyu böyük bir qabda qarışdırıb yoğurun.
✅ Xəmiri 30 dəqiqəyə yaxın dincə qoyun.

🥧 Balqabaqlı Turtanın Hazırlanması
5

✅ Xəmiri un səpilmiş dəzgahın üzərində 30 sm böyüklüyündə açıb 26 sm böyüklüyündə bir tart qəlibinə yerləşdirin.
✅İç üçün olan ərzaqları xəmirin üzərinə yayın.

🥧 Balqabaqlı Turtanın Bişirilməsi
6

✅Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.
✅Bişdikdən sonra sobadan çıxardaraq soyumağa qoyun.
✅Soyuduqdan sonra turtanın üzərini beze ilə süsləyin.

🥧 Balqabaqlı Turtanın Servis Edilməsi
7

İlıq halda servis edin.

Nuş Olsun!