Yazdırma Seçimləri:

Balqabaqlı Zəncəfilli Smoothie (smuzi)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

Şəfalı balqabaqlı zəncəfilli smuzi (smoothie) resepti.

Balqabağın faydaları: Nişasta, şəkər, sink, maqnezium, A, B və C vitaminləri ilə çox zəngindir. Qəbizliyin qarşısını alır, liflə zəngindir. Xərçəngə qarşı qoruyucu təsiri var.

🍹Balqabaqlı Zəncəfilli Smoothie (smuzi) Üçün Lazım Olanlar
 1 ədəd balqabaq dilimi
 3 yemək qaşığı zeytun yağı
 duz
 istiot
 1 çay qayığı rəndələnmiş təzə zəncəfil
 təzə kəklikotu
 isti su və yaxud isti süd
🍹 Smoothie Hazırlanma Qaydası
1

✅ Sobanı təqribən 200 dərəcəyə isidin.
✅ Balqabağın qabığını soyub təmizləyin .
✅ Yağlı bişirmə kağızı sərilmiş sininin içinə soyub təmizlədiyiniz balqabağı, kəklikotunu, duz, istiot, zeytun yağını və rəndələnmiş zəncəfili də əlavə edib bişirin.
✅ Ərzaqlar bişdikdən sonra onları blenderə alın.
✅ Blenderin qabına isti suyu və ya arzuya görə isti südü də əlavə edib duru bir qarışım alana qədər çırpın.
✅ Balqabaqlı smoothie (smuzi) süfrəyə verilmək üçün hazırdır.

👉 Qeyd!
2

✅ Hazır qarışımı balqabaq şorbası olaraq da istifadə edə bilərsiniz.
✅ Faydalı balqabaqlı smuzini ilıq olaraq da süfrəyə vermək olar

Nuş Olsun!