Yazdırma Seçimləri:

Kəsmikli Banan Peçenyesi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat

Banan peçenyesi, bayram şirniyyatı, muzlu kurabiye, banan piroqu.Bayram süfrələrində çayla birlikdə servis edilən bir şirniyyatdır.

Kəsmikli Banan Peçenyası Üçün Lazım Olan Ərzaqlar
 200 q kərə yağ
 200 q xama
 1 paket qabartma tozu
 1 çay qayığı sirkə
 2,50 stəkan əla növ un
Kəsmikli Banan Peçenyasının İçliyi Üçün
 200 q kəsmik
 100 q yağ
 1 stəkan şəkər tozu
 1 stəkan əla növ un
 1 paket vanil
Kəsmikli Banan Peçenyasının Üzəri Üçün
 şəkər kirşanı
Kəsmikli Banan Peçenya Xəmirinin Ərzaqlarının Hazırlanması
1

Peçenye üçün lazım olan unu ələyin.
Un ələnəndə içərisində olan hava çıxmış olur.
Peçenye üçün istifadə olunacaq kərə yağını da otaq temperaturunda bir az yumşaldın.
Xamanı bir qaba alın və üzərinə sirkə, çay sodası əlavə edib qarışdırın.

Kəsmikli Banan Peçenyasi Xəmirinin Hazırlanması
2

Unu yumşaltdığınız kərə yağda ovun.
Unu yağda ovub qurtardıqdan sonra xamanı da əlavə edib ələ yapışmayan xəmir yoğurun.
Xəmirin üzərini örtərək bir az dincə qoyun.
10 dəqiqə dincə qoyduqdan sonra xəmiri kündələyin.
Hazırladığınız xəmirdən 30-32 ədəd kiçik kündə olacaqdır.

Kəsmikli Banan Peçenyasi İçliyinin hazırlanması
3

İçlik hazırlamaq üçün kəsmiyin üzərinə şəkər tozu əlavə edib yaxşıca qarışdırın.
Sonra otaq temperaturunda olan yağını əlavə edib qarışdırın.
Una Kenton vanil əlavə edib qarışdırın.
Bunları bir qabda qarışdırın.
Artıq peçenyenin içi hazırdır.

Kəsmikli Banan Peçenyanın Hazırlanması
4

Kündələdiyiniz xəmiriləri bir-bir oxlov vasitəsi ilə yüngülvari yayın.
Yaydığınız yaymanın içərisinə hazırladığınız içlikdən qoyun.
Yaymanın kənarlarını yaxşıca bağlayın ki, içlik dağılmasın.
İç qoyub bağladığınız yaymanı banan formasında bükün.

Kəsmikli Banan Peçenyasını Bişirmək Üçün Sobanın Hazırlanması
5

Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
Hazırladığınız banan peçenyalarını içərisinə bişirmə kağızı sərilmiş soba sinisinə yan-yana düzün.
Əvvəlcədən qızdırdığınız sobada peçenyaları15-18 dəqiqəyə yaxın bişirin.
Çalışın peçenyalarin üzəri çox qızarmasın.
Banan peçenyası bişdikdən sonra sobadan çıxardın.

Kəsmikli Banan Peçenyasının Servisi
6

Kəsmikli banan peçenyesini sobadan çıxardaraq soyumasını gözləyin. Peçenyələr soyuduqdan sonra onların üzərinə şəkər kirşanı səpin.Şəkər kirşanını ələk vasitəsi ilə səpin ki, səliqəli olsun. Bu peçenyaları süfrələrimizin vazkeçilməz bir şirniyyatıdır.
Bayram süfrələrində pürrəngi bir çayın yanında çox gözəl görünür.

Nuş Olsun!