Yazdırma Seçimləri:

Banan Peçenyesi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat 20 dəq

Banan Peçenyesi Üçün Lazım Olan Ərzaqlar
 200 q kərə yağı və ya marqarin
 200 q xama
 0,50 çay qayığı çay sodası
 1 çay qayığı sirkə
 2,50 stəkan əla növ un
Banan Peçenyesinin İçliyi Üçün
 200 q kəsmik
 100 q yağ
 1 stəkan şəkər tozu
 1 stəkan əla növ un
 vanil
Banan Peçenyesi Üçün Xəmirin Hazırlanması
1

✅Banan şirniyyatı hazırlamaq üçün əvvəl yağ yumşaldılır və unla ovulur.
✅Xamanın üzərinə sirkə, çay sodası əlavə edib yaxşıca qarışdırılır.
✅Sonra yağlı una xamanı qatıb xəmir yoğurun.
✅Xəmirdən 30-32 dənə kiçik kündə hazırlayın.

Banan Peçenyesinin Hazırlanması
2

✅Kündələri banan formasında yayın, üzərinə uzunsov formada iç qoyub, qıraqlarını qatlayıb, səliqəli bükün.
✅Şirin içi xəmirin içinə qoyduqda çalışın ki, bağlanma "tikiş"i aşağı olsun.
✅Əlinizlə xəmirə banan forması verin.

Banan Peçenyesi Üçün İçliyin Hazırlanması
3

✅İçlik hazırlamaq üçün kəsmiyin üzərinə şəkər əlavə edib, yaxşıca qarışdırın.
✅Sonra yağ əlavə edib, mikserlə çalın və üzərinə un qatıb yumşaq xəmir alınana qədər qarışdırın.

Banan Peçenyesinin Bişirilməsi
4

Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
✅Bundan sonra sobada 180 dərəcədə 15-18 dəqiqə bişirin.

Banan Peçenyesinin Servis Edilməsi
5

✅Soyuduqdan sonra üstünə şəkər tozu səpin.
✅Soyumuş banan peçenyesini çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!