Yazdırma Seçimləri:

Basma(Özbək mətbəxi)

Verimlilik4 PorsiyonHazırlanma Müddəti40 dəqBişmə Vaxtı2 dəqÜmumi Vaxt2 dəq

Yemək təriflərinə bu gün Özbək mətbəxi ilə davam edəcəyik.
Saytımızda ümumiyyətlə dünya mətbəxindən olan təriflərə də yer verməyə çalışırıq.
Dəyişik yemək tərifləri , fərqli ləzzətlərə müraciət etməkdən çəkinməyənlər üçün yazmağa çalışdıq bu tərifləri.
1001 dad yemək saytı hər bir mətbəxdə tapıla bilən ərzaqlarla yemək bişirməyinizə çalışır.

Basma Yeməyi Üçün Lazım Olan Ərzaqlar
 1,50 kq mal əti
 1 kq soğan
 3 ədəd kök
 1 kq kartof
 2 ədəd sarımsaq
 800 q kələm
 3 ədəd qırmızı bibər
 5 ədəd pomidor
 1 ədəd yaşıl alma
 2 ədəd yaşıl bibər
 500 q quyruq yağı
 duz
 reyhan
 istiot
 cəfəri
Basma Üçün Lazım Olan Ərzaqların Yığılması Qaydası
1

basma

✅ Basma yeməyi üçün lazım olan qoyun ətini təmizləyib yuyun və suyunu verməsi üçün bir kasaya yığın.
✅ Basma üçün istifadə edəcəyiniz soğanı soyub yuyun və bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz kökü yuyub suyunu mətbəx dəsmalı ilə qurudun.
✅ İstifadə edəcəyiniz kartofun qabığını soyub yuyun.
✅ Lazım ola biləcək qədər sarımsağ təmizləyib kasaya yığın.
✅ İstifadə edəcəyiniz kələmin üzərini təmizləyib iri bir qaba alın.
✅ Basma üçün istifadə edəcəyiniz qırmızı bibəri yuyub təmizləyərək bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz qədər pomidor, yaşıl alma, yaşıl bibəri yuyub təmizləyərək kasalara yığın.
✅ Basma yeməyi üçün lazım olacaq ədviyyatları (reyhan, duz, istiot) ayrı-ayrı kasalara yığın.
✅ İstifadə edəcəyiniz qədər quyruq yağını təmizləyib yuyun və suyunu çəkməsi üçün mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz cəfərini (istəyə görə)təmizlıyib yuduqdan sonra bir mətbəx dəsmalının üzərinə yığın.

Basma Üçün Lazım Olan Ərzaqların Hazırlanma Qaydası
2

✅ Quyruq yağını lay-lay doğrayın.
✅ Əti iri-iri doğrayın.
✅ İstifadə edəcəyiniz kökü halqavari doğrayın.
✅ Lazım olacaq bibərləri uzunsov doğrayın.
✅ İstifadə edəcəyiniz soğanları ortadan bölərək aypara şəklində doğrayın.
✅ Sarımsaqları qabıqlı halda bütöv istifadə edin.
✅ Lazım olacaq qədər pomidoru yumru halqa şəklində doğrayın.
✅ İstifadə edəcəyiniz kələmin yarpaqlarının bir neçəsini doğramayın.
✅ Kələmin digər qismini isə rəmdələyin.
✅ İstifadə edəcəyiniz cəfərini çox da kiçik olmayacaq halda doğrayın.

Basmanın Ərzaqlarının Qazana Yığılması Qaydası
3

✅ Alt hissəsi qlın olan bir qazandan istifadə edin.
✅ Qazana əvvəlcə quyruq yağını düzün.
✅ Quyruq yağının üzərindən əti düzün.
✅ Ətin üzərinə duz və ədviyyat səpin.
✅ Ətin üzərindən soğanı, pomidor, bibərləri düzün.
✅ Soğanın üzərindən yerkökünü düzün.
✅ Yerkökünün üzərinə isə kartofları bütöv halda yerləşdirin.
✅ Bundan sonra isə kələmi və bütöv halda olan sarımsaqları düzün.
✅ Bunların üzərindən duz, ədviyyat və cirəni səpin.
✅ Bunlar tamamlandıqdan sonra üzərini bütöv kələm yarpaqları ilə möhkəm bağlayın və qapağını örtün.

Basmanın Bişirilmə Qaydası
4

✅ Əvvəlcə ocağı gur yandırıb qazanı üzərinə yerləşdirin.
✅ Yemək qaynamağa başladığında ocağın atəşini azaldın.
✅ 1 saat 40 dəqiqəyə yaxın vam odda bişirin.
✅ Bütün tərəvəzlər öz suyunda bişəcəkdir.

Basmanın Servis Edilmə Qaydası
5

basma

✅ Basma yeməyini servis edərkən dərin bir yemək tabağına əvvəlcə kələmi yığın.
✅ Daha sonra ət və tərəvəzləri əlavə edin.
✅ Tam ortasına sarımsaq və bibəri yığın.
✅ Bu yeməyin görüntüsü və iyi iştah açır.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0