Yazdırma Seçimləri:

Belyaişi

Verimlilik6 PorsiyonHazırlanma Müddəti30 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt50 dəq

Xəmir üçün lazım olanlar
 375 ml süd
 10 q quru maya
 650 q un (az və ya çox da lazım ola bilər)
 1 yemək qaşığı 1 şəkər tozu
 duz
 60 q kərə yağı
İç üçün lazım olan ərzaqlar
 600 q qiymə
 1 ədəd iri soğan
  duz
 istiot
Hazırlanma qaydası
1

Xəmir üçün istifadə olunacaq mayanı şəkər tozu ilə birlikdə isti süddə (qaynar olmaz!) əridin.
Azca un əlavə edib qarışdırın (qatı xama kimi).
Baratanı, yəni mayanı isti yerə qoyun ki, şişsin.
Barata şişəndən sonra əridilmiş kərə yağını və duzu əlavə edin (amma kərə yağı qaynar olmamalıdır).
Az- az un əlavə edərək yumşaq xəmir yoğurun.
Hazır xəmiri yağlanmış ləyənə qoyub üstünü örtün, isti yerdə 1-1,5 saata qədər saxlayın.
Bu müddətdə xəmirin həcmi iki dəfə artacaq.
Xəmir gələnə qədər içi hazırlayın.
Soğanı xırda-xırda doğrayın.
Duz və istiotu əlavə edib qiymə ilə qarışdırın.
Mayalanmış xəmirdən mandarin böyüklüyündə kündələr düzəldin.
Un səpilmiş, yaxud da yağlanmış lövhənin üstündə 0,3-0,5 sm qalınlığında yayın.
Hər bir yayılmış yuxanın ortasına iç qoyun.
Yuxanın qıraqlarını ortaya doğru yığın, ancaq orta hissəsini açıq saxlayın birləşdirməyin.
Tavanı orta atəşdə ocağın üzərinə qoyun (əgər xüsusi termometr varsa, 170 dərəcədə).
Yağı tavada qızdırın.
Hazırladığınız belyaşiləri üzü yəni açıq qalan hissəsi aşağı olmaqla tavaya düzərək qızardın.
Tamamən qızarandan sonra o biri üzünə çevirin və ocağın istiliyini bir az azaldın.
O biri üzünü də möhkəm qızardın.
Artıq belyaişiləriniz yeməyə hazırdır.
Yeməyi isti-isti servis edin.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 6