Yazdırma Seçimləri:

Beyti kababı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt40 dəq

Beyti kababı hazırlanmaq istəyirsiniz? O zaman sizlərə çox asand və rahart hazırlanan bir resept təqdim edəcəyik.
Əvvəlcədən deyim ki, Beyti kababı çox dadlı və doyurucudur. Bu kababı hazır yuxa ilə hazırlaya bilərsiniz.

Beyti kabab

Beyti Kababının Küftəsi Üçün Lazım Olan Ərzaqlar
 500 q qiymə(quzu+dana)
 0,50 ədəd kapya bibər
 duz
Beyti kababının Sosu Üçün Lazım olan Ərzaqlar
 3 diş sarımsaq
 5 q pomidor püresi
 cəfəri
 3 yemək qaşığı duru yağ
 su
Beyti Kababının Üzəri Üçün
 4 q qatıq
Beyti Kababının Ərzaqlarının Yığılması
1

1. İstifadə edəcəyiniz kapya bibəri yuyub suyunu çəkməsi üçün mətbəx dəsmalının üzərinə yığın.
2. Sarımsaqların qabığını soyub bir kasaya yığın.
3. Lazım olacaq qədər pomidor püresini bir kiçik kasaya qoyun.
4. Cəfərini təmizləyərək bol suda yuyun və suyunu çəkmək üçün mətbəx dəsmalının üzərinə yığın.
5. Lazım olacaq qədər suyu bir stəkana süzün.
6. İstifadə edəcəyiniz yağı sos hazırlayacağınız tavaya alın.
7. Yuxanı torbasından çıxardın.
8. Üzəri üçün istifadə edəcəyiniz qatığı da bir kasaya alın.
9. Beyti kababı üçün lazım olacaq qiyməni qarışdırma qabına alın.
10. İstifadə edəcəyiniz duzu kiçik bir kasaya yığın.

Beyti Kababının Ərzaqlarının Hazırlanma Qaydası
2

1. Qiyməni bir qarışdırma qabında qarışdırın.
2. Kabab üçün istifadə edəcəyiniz kapya bibəri kiçik-kiçik doğrayın.
3. Sarımsaqları kiçik-kiçik doğrayın.
4. Cəfərini də kiçik-kiçik doğrayın.

Beyti Kababı Üçün Küftələrin Hazırlanması
3

1. Qiymənin üzərinə qırmızı bibəri əlavə edərək qarışdırın.
2. Duzu da qiyməyə əlavə edib yaxşıca qarışdırın.
3. Hazır olan qiymədən uzunsov şəkildə olan küftələr hazırlayın.
4. Hazır küftələri yağlı kağız sərilmış soba sinisinə düzün.

Beyti Kababı Üçün Sos Hazırlama Qaydası
4

1. Tavaya duru yağı əlavə edib qızdırın.
2. Sarımsağı kiçik-kiçik doğrayıb yağda azca qovurun.
3. Sarımsaqların üzərinə kiçik-kiçik doğradığınız cəfərini də əlavə edib bir-iki dəfə qarışdırın.
4. Sonra tavaya azca su əlavə edib yenidən qarışdırın.
5. Hazırladığınız qarışımın üzərinə pomidor püresı də əlavə edərək qarışdırın.
6. Sosunuz hazırdır.

Küftəni Bişirmə Qaydası
5

1. Sobanı qızdırın.
2. Bişirmə sinisinə yığdığınız küftələri sobada hər iki üzü qızarana qədər bişirin.
3. Küftələr qızardıqdan sonra sobadan çıxardın.

Beyti Kababını Hazırlamaq Qaydası
6

1. Bundan sonra iki ədəd Milli dad lavaşını götürüb hər iki üzünü tavadakı sarımsaqlı qarışımda isladın.
2. Lavaşın birini ikiyə qatlayın və içərisinə hazır küftəni qoyaraq rulon şəklində bükün.
3. Bükdüyünüz rulonları 2 barmaq enində doğrayıb servis sinisinə yığın.

Beyti Kababının Servis Qaydası
7

Kababınız servis üçün hazırdır. Üzərinə hazırladığınız sosu və qatığı da tökərək servis edin.
Beyti kababını öz arzunuza görə bəzəyərək istədiyiniz ərzaqlarla da servis edə bilərsiniz.

Nuş olsun!